1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş


Makroiqtisadi səviyyədə məhsuldarlıq göstəricilərinin



Yüklə 2,59 Mb.
səhifə16/62
tarix04.01.2022
ölçüsü2,59 Mb.
#56274
1   ...   12   13   14   15   16   17   18   19   ...   62
3.4. Makroiqtisadi səviyyədə məhsuldarlıq göstəricilərinin

hesablanması metodologiyası
Makroiqtisadi səviyyədə məhsuldarlıq göstəricilərinin hesablanması, təhlili və məhsuldarlığa təsir edən amillərin aşkar edilməsi iqtisadi siyasətin formalaşdırıl-masında prioritet məsələdir. Məhsuldarlıq göstəricilərinin hesablanması metodu ilk dəfə 1968-ci ildə təsdiq edilmiş MHS göstəricilərinə görə hazırlanmışdır. Lakin həmin metod bəzi ölkələrdə tətbiq edilməmişdir.

İnkişafa elm və texnologiyaların təsirini qiymətləndirmək üçün Avropa İttifaqında beynəlxalq “KLEMS” konsorsiumu yaradılmışdır. Konsorsiumun adı xərc maddələrinin birinci hərfindən götürülmüşdür (“kapital” - K, “əmək” - L, “enerji” - E, “material” - M, “xidmət” - S). Bu konsorsium Avropa ittifaqının müxtəlif ölkələrinin 16 elmi-tədqiqat, analitik və statistik təşkilatlarını birləşdirmişdir. Bu ölkələrin hazırladığı layihə “Avropa İttifaqı üçün məhsuldarlıq və iqtisadi artım hesabları” (EU KLEMS Growth and Productivity Accounts) adlanır.

1.Məhsuldarlıq konsepsiyası (çoxamilli məhsuldarlıq)

1.1. İqtisadi fəaliyyətin səmərəliliyini xarakterizə edən göstərici iqtisadi fəaliyyətin nəticəsi (ümumi əlavə dəyər) və fəaliyyət xərcləri (əmək və kapital, aralıq istehlak xərcləri) əsasında hesablanır.

Əmək xərcləri müzdlu işçilərin, müstəqil məşğul şəxslərin müqayisə və hesabat dövründə işlənmiş saatların miqdarının müqayisə dövründəki orta saatlıq əmək haqqına vurulması yolu ilə tapılır. Əmək xərcləri istehsal sahələri və işçilərin kateqoriyaları üzrə hesablanır. Müstəqil məşğul şəxslər üzrə isə işlənmiş saatlar və orta saatlıq əmək haqqı hesablama yolu ilə tapılır.

Kapital xərcləri dedikdə, müqayisə və hesabat dövründə müqayisə dövrü qiymətində əsas fondların tam bərpa dəyəri başa düşülür.

1.2. Məhsuldarlıq indeksi müqayisə və hesabat dövründə ümumi əlavə dəyər indeksininin kapital və əmək xərcləri indeksinə nisbəti olub, aşağıdakı kimi hesablanır:

P = VA/Fİ = VA/(Lwl+Cwc) (1)

Burada, P - məhsuldarlıq indeksi;

VA - ümumi əlavə dəyər indeksi;

Fİ - əmək və kapitalın məcmu xərcləri indeksi;

L - əmək xərcləri indeksi;

C - kapital xərcləri indeksi;

wl və wc - ümumi əlavə dəyərdə əmək və kapital xərclərinin payıdır.

1.3. Əmək və kapital məhsuldarlığı indeksi ayrı-ayrılıqda aşağıdakı kimi hesablanır:

PL = VA/L (2)

Burada, PL - əmək məhsuldarlığı indeksi;

VA - ümumi əlavə dəyər indeksi;

L - əmək xərcləri indeksidir.

Pc = VA / C (3)

Burada, Pc - kapitalın məhsuldarlığı indeksi;

VA - ümumi əlavə dəyər indeksi;

C - kapital xərcləri indeksidir.

1.4. Sahə səviyyəsində 1-ci formula aşağıdakı iki düsturun hasili kimi göstərilə bilər:

1) məhsul buraxılışı indeksinin əmək və kapital xərcləri indeksinə nisbəti;

P1=O / Fİ (4)

2) ümumi əlavə dəyər indeksinin məhsul buraxılışı indeksinə nisbəti:

P2 = VA / O (5)

Burada, O - məhsul buraxılışı indeksidir.

Bu xüsusi indekslərin hasili məhsuldarlıq indeksinə bərabərdir:

P=P1 x P2=(O/Fİ) x (VA/O)=VA/Fİ (6)

Bu indekslər istehsal texnologiyasının dəyişməsi hesabına sahələr üzrə aralıq istehsal xərclərinin dəyişməsi, yəni məhsul buraxılışında aralıq istehlakın strukturunu və xüsusi çəkisini əks etdirir. Bu indekslərin hesablanması zamanı sahələr üzrə xərclərin (əmək və kapital xərcləri) əmsalları matrisi müqayisə dövründə olduğu kimi qəbul edilir.

1.5. Yuxarıda deyildiyi kimi, məhsuldarlıq göstəriciləri istehsalın nəticəsi kimi ümumi əlavə dəyərə əsasən hesablanır. Bundan başqa, məhsuldarlığı xarakterizə etmək üçün digər göstəricidən-məhsul buraxılışının istehsal xərclərinə (əmək və kapital, aralıq istehlakdan başqa bütün istehsal xərcləri daxil edilir) nisbəti göstəricisindən də istifadə edilir.

1.6. Əlavə 1-də iqtisadiyyatın əsas sahələri, bütov iqtisadiyyat üçün çoxamilli məhsuldarlıq indeksi və bu indekslərə təsir edən göstəricilər (məhsul buraxılışı, əlavə dəyər, əmək və kapital xərcləri) şərti rəqəmlərlə verilmişdir.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığı xarakterizə edən məlumatlar göstərir ki, müqayisə dövrünə nisbətən bu sahədə məhsul buraxılışı 22,8 %, ümumi əlavə dəyər - 18,7 % artmış, əmək xərcləri 15,5 % azalmış, kapital xərcləri 9,6 % və bir işçiyə kapital xərci 29,7 % (109,6:84,5) artmışdır. Əlavə dəyərdə əmək və kapital xərclərinin xüsusi çəkisi dəyişməmişdir (100,1%). Nəticədə, məhsuldarlıq əlavə dəyər kimi (18,6%) artmışdır. Əmək məhsuldarlığı 40,5 % (118,7:84,5) və kapitalın məhsuldarlığı 8,3 % (118,7:109,6) artmışdır.

Əmək və kapital xərclərinin (məhsul buraxılışı indeksinin əmək və kapital xərcləri indeksinə nisbəti) dəyişməsi 22,7 % (122,8:100,1) olmuşdur. Məhsul buraxılışında aralıq istehlakın xüsusi çəkisi və strukturunun dəyişməsinə səbəb olan istehsal texnologiyasının dəyişməsi (ümumi əlavə dəyər indeksinin məhsul buraxılışı indeksinə nisbəti) 3,3 % (118,7:122,8) olmuşdur.


2. KLEMS layihəsi ilə məhsuldarlığın müəyyən edilməsi.

2.1. KLEMS layihəsi məhsuldarlıq, ona təsir edən amillərin öyrənilməsində yeni metoddur. Bu metod vasitəsi ilə iqtisadi fəaliyyət növləri üzrə məhsuldarlıq öyrənilir, ayrı-ayrı sahələrin makroiqtisadiyyatın məhsuldarlığına təsiri təhlil edilir, məhsuldarlığın hesablanması metodologiyası beynəlxalq standartlara uyğunlaşdırılır, unifikasiya edilir.

2.2. KLEMS layihəsinin tətbiqi üçün ilk növbədə, vahid məlumat bazası yaradılmalıdır. Bu məlumat bazasına aşağıdakı göstəricilər daxildir:

- cari və sabit qiymətlərdə məhsul buraxılışı, aralıq istehlak, ümumi əlavə dəyər göstəriciləri;

- əmək xərcləri göstəriciləri (əməyin kəmiyyət və keyfiyyətini xarakterizə edən);

- kapital hesabları göstəriciləri (iqtisadi fəaliyyət sahələri aktivlərinin növləri üzrə əsas kapitala investisiya, kapital qalığı və kapital xidməti);

- ölkələr üzrə iqtisadi sahələrin məhsul buraxılışı və istehsal xərclərini müqayisə etmək üçün valyutanın alıcılıq qabiliyyəti pariteti.

KLEMS layihəsinin məlumat bazasında AB-ə üzv 25 ölkənin 71 iqtisadi fəaliyyət sahəsi üzrə göstəricilərinin dinamikası mövcuddur və baza qarşılıqlı əlaqəli statistik və analitik moduldan ibarətdir. Statistik modul milli statistika məlumatlarından formalaşır. Bu məlumatlar MHS və Avropa hesabları sisteminə müvafiqdır. Analitik modul məhsuldarlığın hesablanması üçün əsas hesab olunur və yuksək keyfiyyət standartlarına cavab verən məlumatlara malikdir. Bu məlumatlara əsasən, artım tempi hesablanır, beynəlxalq müqayisəlilik, göstəricilərin tam əhatəliliyi təmin edilir.

2.3. KLEMS layihəsinin məlumat bazası unifikasiya edilmiş metodologiya əsasında məhsuldarlıq göstəricilərinin beynəlxalq səviyyədə müqayisəli hesablanması üçün istifadə edilir. Məhsuldarlıq göstəricilərinin hesablanması metodologiyası MHS və Avropa hesablar sisteminə əsaslanır və onun hesablanmasında sahələrarası balansların göstəricilərindən, qiymət indeksindən istifadə edilir.

2.4. Layihənin həyata keçirilməsinin gedişində alınmış məlumatlardan məhsuldarlıq, qiymət, iqtisadiyyatın strukturu və istehsal texnologiyası üzrə göstəricilərin təhlilində, əmək bazarının öyrənilməsi, məşğul əhalinin ixtisas səviyyəsi, texniki tərəqqi və innovasiya sahəsində istifadə edilir.

Məhsuldarlıq artımının müəyyənləşdirilməsi metodologiyası

2.5. KLEMS layihəsində məhsul buraxılışı funksiya, istehsal xərcləri (əmək, kapital və aralıq istehlak) isə arqument kimi götürülür və aşağıdakı düsturla ifadə edilir.

Y=X+L+K (7)

Burada,Y - məhsul buraxılışı;

X - aralıq istehlak (yerli və idxal olunmuş məhsula çəkilmiş xərclər);

L - əmək xərcləri (xidmət dəyəri);

K - kapital xarcləridir (xidmətin dəyəridir).

Məhsul buraxılışı əsas qiymətdə (məhsula bütün vergilər daxil deyil, məhsula subsidiyalar daxildir), aralıq istehlak, istehlak qiymətində (məhsula və ticarət-nəqliyyat əlavəsinə bütün vergilər daxildir və məhsula subsidiyalar daxil deyildir) hesablanır.

2.6. Məhsuldarlığın artımı məhsul buraxılışının fiziki həcm indeksinin də artmasına səbəb olur. Fiziki həcm indeksi vasitəsi ilə məhsul buraxılışına hər bir amilin təsirini hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir.

İFPY= İy-(İXvx + İLvİ + İK v k) (8)

Burada, İFPY-məhsul buraxılışı üzrə məhsuldarlığın artım indeksi;

İy - məhsul buraxılışının fiziki həcm indeksləri;

İXLK - ayrı-ayrı xərc maddələrinin fiziki həcm indeksi;

vx ,vl , v k - məhsul buraxılışının nominal dəyərində ayrı-ayrı xərc

maddələrinin xüsusi çəkisinin son iki illik orta qiyməti.

Xərc maddələri və ya amillərin təsirinə görə məhsul artımını tapmaq üçün 8-ci düsturu aşağıdakı kimi yazaq:

İyXvx + İLvİ + İK v k + İFPY (9)

Amillərə görə məhsul artımı fəaliyyət sahələri üzrə, sahələrarası balans cədvəlləri ilə sahələrdaxili məhsul istehlakını (aralıq istehlak) öyrənmək üçün istifadə edilir.

2.7. İqtisadiyyat və onun sahələrinin məhsul buraxılışı göstəricisinin əvəzinə ümumi əlavə dəyər göstəricisindən istifadə edilir. Bu göstərici əmək və kapital xərclərinin funksiyası adlanır, onun nominal dəyəri bu xərc maddələrinin cəminə bərabər olub, aşağıdakı düsturla ifadə olunur.

V=L+K (10)

Burada,V-ümumi əlavə dəyər;

L-əmək xərcləri;

K-kapital (xidmət) xərcləri.

Bu halda məhsuldarlığın artımı ümumi əlavə dəyərin fiziki həcm indeksi ilə əmək və kapital xərclərinin fiziki həcm indekslərinin fərqinə bərabərdir. Bu fərqi aşağıdakı düsturla ifadə etmək olar:

İFPY= İv-(İLwİ + İK wk) (11)

Burada İFPY - ümumi əlavə dəyər üzrə məhsuldarlığın artım indeksi;

İv - ümumi əlavə dəyərin fiziki həcm indeksi;

İL K - ayrı-ayrı xərc maddələrinin fiziki həcm indeksləri;

wİ ,wk - ümumi əlavə dəyərin nominal qiymətində ayrı-ayrı xərc maddələrinin xüsusi çəkisinin iki il üzrə orta qiymətidir.

Ümumi əlavə dəyər artımının ayrı-ayrı xərc maddələri və məhsuldarlıq üzrə bölüşdürülməsi aşağıdakı kimidir:

İv Lwİ + İK wk+ İFPY (12)

2.8. Ümumi əlavə dəyər üzrə məhsuldarlığın artım indeksini aşağıdakı kimi də ifadə etmək olar.

İFPV= İFPY (V/Y) (13)

2.9. KLEMS layihəsində məhsuldarlığın hesablanması üzrə sahə təsnifatı Avropa Birliyi tərəfindən tövsiyə edilən iqtisadi fəaliyyət növlərinin 2 rəqəmli (60 sahəni əhatə edir) təsnifatıdır. Aşağıdakı tələblər həmin təsnifata bəzi əlavələrin edilməsini nəzərdə tutur:

a) mütəxəssislərin hazırlanması, elmi işləmələrə, kompüter və kommunikasiya texnologiyalarına (avadanlığına) investisiyaları əks etdirən fəaliyyət sahələrinin yaranması;

b) yeni fəaliyyət növlərinin daxil edilməsi;

c) mənzil xidməti fəaliyyət növünün əlavə edilməsi. Məlumdur ki, məskunlaşma xərcləri ümumi xərclərdə əhəmiyyətli yer tutur. Lakin bu xərclərin düzgün uçotu yoxdur.

2.10. Məhsuldarlıq əsasən bütün iqtisadi fəaliyyət sahələri üzrə hesablanır. Lakin onun hesablanması və alınmış nəticələrin izahı (interpetasiyası) zamanı bir çox amilləri nəzərə almaq lazımdır. Kənd, meşə təsərrüfatı və hasilat sənayesi üzrə məlumatların təhlili göstərir ki, məhsuldarlığın hesablanmasnda bu fəaliyyət növü üçün ən vacib amillər - torpaq və yeraltı sərvətlər (ekoloji kapital) nəzərə alınmır. Bu subyektiv səbəbdən kapital gəliri aşağı göstərilir və məhsul artımına kapital amilinin təsiri haqqında məlumat yanlış olur. Hər hansı bir fəaliyyət sahəsində istifadə olunan əsas fondlar başqa fəaliyyət sahəsində təkrar olunur. Məsələn, dövlət mülkiyyətində olan yollar “nəqliyyat” sahəsində istifadə olunur, lakin “idarəetmə” sahəsində uçota alınır. Bir çox sahələrin məhsul buraxılışı (səhiyyə, təhsil, dövlət idarəetməsi, müdafiə, məcburi sosial sığortalama) dövlət idarəetmə sektorunun qeyri-bazar xidmətinə aid edilir. Bu xidmət xərcləri cari xərclərə aid edildiyi üçün məhsuldarlıq düzgün hesablanmır. Belə hallar əhalinin məskunlaşma xidmətinə, muzdlu xidmətdən istifadə edən ev təsərrüfatlarına da aiddir.



Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin