fərdi sahibkarın və ya hüquqi şəxsin öz istehsalı olan mallar (əmtəələr) yüklənmişdir, öz gücləri ilə işlər və xidmətlər yerinə yetirilmişdir (ƏDV və aksiz rüsumları daxil olmaqla);
fərdi sahibkarın və ya hüquqi şəxsin öz istehsalı olan mallar (əmtəələr) yüklənmişdir, öz gücləri ilə işlər və xidmətlər yerinə yetirilmişdir (ƏDV və aksiz rüsumları daxil olmadan);
fərdi sahibkarın və ya hüquqi şəxsin özünün istehsal etdiyi məhsullardan hesabat dövründə öz əsas vəsaitlərinə daxil edilmişdir;
təsərrüfat üsulu ilə yerinə yetirilmiş tikinti-quraşdırma işləri;
kənardan alınmış mallar yüklənmişdir (ƏDV və aksiz rüsumları daxil olmaqla);
kənardan alınmış mallar yüklənmişdir (ƏDV və aksiz rüsumları daxil olmadan);
fərdi sahibkarın və ya hüquqi şəxsin öz istehsalı olan və özünün qeyri-sənaye bölmələrinə verilmiş sənaye malları;
fərdi sahibkarın və ya hüquqi şəxsin öz istehsalı olan və özünün qeyri-kənd təsərrüfatı bölmələrinə verilmiş kənd təsərrüfatı məhsulları;
fərdi sahibkarın və ya hüquqi şəxsin pərakəndə ticarət dövriyyəsi;
fərdi sahibkarın və ya hüquqi şəxsin ictimai iaşə dövriyyəsi;
hesabat ilində fərdi sahibkarın və ya hüquqi şəxsin fəaliyyət göstərdiyi ayların sayı;
hesabat verən fərdi sahibkara və ya hüquqi şəxsə məxsus ticarət bölmələrinin sayı və onların ticarət sahəsi;
ticarət bölmələrinə məxsus anbarların sayı və onların sahəsi.
istehsal olunmuş mallardan satışın həcmi;
öz istehsalı olan məhsulun qalıqları (ilin əvvəlinə və ilin sonuna).
Məhsul istehsalına və satışına çəkilən xərclər:
alınıb satılmaq üçün malların alınmasına məsrəflər;
alınıb satılmaq üçün malların qalıqları (ilin əvvəli və sonuna);
il ərzində alınıb satılmaq üçün alınmış malların təbii itkisi;
məhsulun (mal, iş və xidmətlərin) istehsalı və satışı üçün xammalın, materialın, yanacağın, enerjinin, yarımfabrikatların və komplektləşdirici məmulatların alınmasına çəkilən məsrəflər;
o cümlədən:
yanacağa;
enerjiyə;
məhsul istehsalı üçün nəzərdə tutulmuş, anbarda olan xammalın, materialın, yanacağın, yarımfabrikatların və komplektləşdirici məmulatların qalıqları (ilin əvvəlinə və sonuna);
məhsul istehsalı üçün alınmış, lakin emal olunmadan kənara satılmış xammalın, materialların, komplektləşdirici məmulatların alış dəyəri;
təbii xammaldan istifadəyə görə ödənişlər (mineral-xammal bazasının təkrar istehsalına ayırmalar, torpağın rekultivasiyasına ayırmalar, su təsərrüfatı sistemindən təşkilatın götürdüyü suya görə haqq);
kənar təşkilatların yerinə yetirdiyi işlər və xidmətlər;