Müşahidə vahidlərinin tam cavabsızlığının işlənməsi
Respondentlərin tam cavabsızlıqlarının (cavab alınmadığı halların) işlənməsi üçün cavab verməyən vahidlərin məcmusu aşağıdakı üç qrupa bölünür ki, bu qrupların da hər birində məlumatın düzəlişi və bərpası üçün müxtəlif üsullar tətbiq edilir:
- Birinci qrup, məlumatları bərpa edilməyən vahidlərdir. Bunlara müəyyən səbəblər üzündən fəaliyyəti müvəqqəti və ya tamamilə dayandırılmış müəssisələr aiddir.
İkinci qrupa hesabat vermədiyinə baxmayaraq, iqtisadi fəallığı və maliyyə-təsərrüfat fəaliyyəti aparması tam aydın olan vahidlər aiddir. İkinci qrupun müəssisələri haqqında məlumatların bərpası üçün təbəqə üzrə orta qiymətin yazılması üsulu tətbiq edilir. Cavab verməyən müəssisəyə bu təbəqədə cavab vermiş müəssisələrin orta qiyməti yazılır. Təbəqədə orta qiymət üzrə göstəricilərin qiymətlərini bərpa etmək mümkün olmadıqda (məsələn, təbəqədə heç bir müəssisə cavab verməzsə), göstəricilərin qiymətlərinin yerinə iqtisadiyyatın həmin bölməsinin fəal müəssisələri üzrə hesablanmış orta qiymətlər yazılır;
Üçüncü qrupa işləyib-işləmədikləri haqqında obyektiv məlumat olmayan vahidlər aiddir. Üçüncü qrup üzrə məlumatın bərpası əvəzetmə siniflərində təsadüfi seçmə yolu ilə yazılma üsulu tətbiq edilir (random hot deck within classes). Bunun üçün statistik vahidlərin seçmə məcmusu (həm fəal olan və hesabat təqdim etmiş, həm də ləğv edilmiş) iqtisadiyyatın bölmələri üzrə siniflərə bölünür. Cavab verməyən müəssisəyə uyğun sinifdən təsadüfi yolla seçilmiş donor-müəssisənin əlamətinin qiyməti yazılır.
Dostları ilə paylaş: |