Müayinələrin aparılması və əlaqələndirilməsi. Registr müayinələrin aparılması və nəticənin yoxlanması üçün istifadə olunan məlumatlardan ibarətdir. Müayinə aparmaq üçün aşağıdakılar yerinə yetirilməlidir:
illik siyahı hazırlanmalı və bu siyahı üzrə statistik müayinələrin sorğu anketlərini paylamaq üçün ünvanların siyahısı tərtib edilməli;
səmərəli seçmə şəbəkəsi (müəssisələr çoxluğu) hazırlanmalı;
müəssisələrdən sorğu yolu ilə alınmış məlumatlar ekstrapolyasiya edilməli;
müxtəlif müayinələrin nəticələri təhlil edilməli;
məlumatlar ekspertlər tərəfindən diqqətlə öyrənilməlidir.
Registrdən düzgün istifadə sorğu zamanı kiçik müəssisələrin statistik yükünə nəzarət etmək imkanı verir, eyni vahidləri təkrar seçməyə düşmək zərurətindən qoruyur.
Müəssisələrin demoqrafiyasının (yaranmasının, ləğvinin, birləşməsinin, bölünməsinin və s.) statistik məlumat mənbələri.Müəssisələr çoxluğu, onun strukturu və demoqrafiyası haqqında məlumatlara tələbat getdikcə artdığına görə, registrin aparılmasında nəzərə alınmalıdır. Bu cür məlumatların real mənbəyi aşağıdakılardır:
statistik vahidlərin dövlət registri üçün hüquqi vahidlərdən alınan məlumatlar;
statistik tədqiqatların həm hazırlıq, həm də həyata keçirilmə mərhələlərində əldə edilən məlumatlar;