İsveç modeli Yapon modelindən güclü sosial siyasəti ilə fərqlənir. Belə ki, bu modeldə əhalinin gəlirlərini bir növ bərabərləşdirməyə çalışırlar. Bu milli gəlirin yenidən bölüşdürülməsi yolu ilə həyata keçirilir. Bu maddi və qeyri istehsal sahələrində yüksək ixtisaslı və keyfiyyətli kadrların təkrar istehsalını yüksəldir. Dünya bazarında rəqabətə dözmək üçün ölkədə yüksək keyfiyyətli məhsul istehsal edilir.
İqtisadiyyatın inkişafının «Amerika modeli» - sahibkarlığın gücləndirilməsinə onların daha da həvəsləndirilməsinə əsaslanır. Onlara geniş imkanlar verilməklə, sahibkarlığın aktivliyi artırılır. Aztəminatlı əhalinin sosial gərginliyinin azaldılması üçün milli gəlirin müəyyən hissəsinin yenidən bölüşdürülməsi formasından istifadə olunur. Yəni sosial ayırmalar vasitəsilə, həmkarlar təşkilatları tədbirləri ilə əhalinin aztəminatlı hissəsinin güzəranı yaxşılaşdırılır.