Neoklassik makroiqtisadçılar qeyd edirlər ki, əmək bazarının tənzimlənməsi tez bir vaxtda baş verir. Ancaq əvvəlcədən bağlanmış müqavilələrin mövcudluğu daimi tam məşğuliyyətin saxlanılmasını dəf edir. Onların fikrincə tələb və təklifin nizamlanmasını kapitalist istehsalında yox, geniş əhali kütləsinin istehlakında axtarmaq lazımdır.
Ardıcıl monetaristlər qeyd edirlər ki, tam məşğuliyyət vəziyyətinin bərpa olunması yavaş gedir və bir neçə il çəkir. Pul kütləsinin birdən azaldılması kəskin tənəzzülə səbəb olar ki, bundan qaçmaq lazımdır. Bundan əlavə tələbə nəzarət və onun tənzimlənməsi əks nəticəyə gətirib çıxara bilər. Deməli, dövlət məcmu tələbin tez ödənilməsi əvəzinə inflyasiyanın uzun müddətə cilovlanması tədbirlərini həyata keçirməlidir.