1. İqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyi


DÖVLƏTİN PUL-KREDİT SİYASƏTİ



Yüklə 112,8 Kb.
səhifə35/60
tarix05.04.2022
ölçüsü112,8 Kb.
#115149
1   ...   31   32   33   34   35   36   37   38   ...   60
IDT cavablar

25. DÖVLƏTİN PUL-KREDİT SİYASƏTİ

Pul və kredit sahəsində dövlət tədbirlərinin məcmuu, dövlətin pul-kredit siyasətini təşkil edir. Bu siyasətin əsas məqsədi iqtisadiyyatı tənzimləmək və inflyasiya ilə aktiv mübarizə aparmaqdır.

Pul-kredit siyasətinin əsas istiqaməti kredit və pul emissiyasını stimullaşdırmaq və yaxud da onların hərəkətini məhdudlaşdırmaqdır. İstehsalın aşağı düşməsi halında bank kredit konyukturasını genişləndirir, faiz normasını aşağı salır. İstehsalın yüksəldiyi halda isə əksinə.

Odur ki, başlıca problem respublikada həyata keçirilən pul-kredit siyasətinin səmərəliliyinin yüksəldilməsidir. Bunun üçün:



a) mövcud sosial-iqtisadi vəziyyəti nəzərə alaraq pul-kredit siyasətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə yeridilən tədbirlər sisteminin ardıcıl olaraq həyata keçirilməsi;

b) dövlətin pul-kredit siyasətinin məşğulluğun təmin olunmasına istiqamətləndirilməsi;

c) manatın stabilliyini qorumaqla milli pul vahidinin alıcılıq qabiliyyətinin möhkəmləndirilməsi vacib şərtlərdəndir.

Beləliklə, dövlətin pul-kredit sferasının müvəffəqiyyətlə tənzimlənməsi o vaxt həyata keçirilə bilər ki, dövlət mərkəzi bank vasitəsilə kommersiya banklarına təsir göstərə bilsin. Çünki, onlar pul-kredit fəaliyyətinin əsasını təşkil edirlər. Bu tənzimləmə qarşılıqlı əlaqədə olan bir neçə istiqamətlərdə aparıla bilər.

Dövlətin pul-kredit siyasətini və sisteminin həyata keçirilməsi müxtəlif metodları əsasında aparılır. Bu metodlar:

1. Ümumi metodlardır – məqsəd bütünlükdə borc kapitalına təsir göstərməkdir.

2. Selektiv metodlar – ayrı-ayrı sahələrin, formaların kreditləşməsi üçün verilən konkret kreditə təsir göstərməkdir.


Yüklə 112,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin