28. KREDİT MALİYYƏ SİSTEMİNİN BİR ELEMENTİ KİMİ.
Kredit qaytarmaq şərti ilə müəyyən gəlirlə (faizlə) verilən vəsaitdir. Onun əsas mənbəyi bunlardır: 1. Amortizasiya fondu. 2. Dövriyyə kapitalın bir hissəsi (pul formasında). 3. Məhsulların satışından daxil olmaqla əmək haqqının ödənilməsi vaxtı arasında sərbəst qalan pul vəsaiti. 4. Yığım fondu. 5. Fərdi şəxslərin əmanətləri.
Kredit sisteminin tarixi qədim olsa da onun əsas formalaşması əsasən XX əsrə təsadüf etmişdir. Kredit sisteminə iki formadan baxmaq olar:
1. kredit pulları. Bu kağız pul olub kredit əsasında qızılın əvəzedicisi kimi çıxış edir. Onun üç forması var: a) veksel forması (kreditorun adına borc alan tərəfindən verilmiş öhdəlik, yeri, tarixi, məbləği göstərilir); tratta – bir şəxsin 3-cü şəxsə kredit verən tərəfindən əmr formasında verilən göstəriş. b) Banknot; v) çek forması.
2. Depozit pullar. Depozit pulları kredit pullardan ödəməlidirlər. Depozit pullar dedikdə elə pullar nəzərdə tutulur ki, bir hesabdan digər hesaba köçürülür.
Kreditin rolu və əhəmiyyəti bazar iqtisadiyyatı şəraitində daha da artmışdır. Buna görə də o, əsasən 2 formada çıxış edir.
Dostları ilə paylaş: |