1. İqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyi


İqtisadi xərclərin təsnifatı



Yüklə 112,8 Kb.
səhifə46/60
tarix05.04.2022
ölçüsü112,8 Kb.
#115149
1   ...   42   43   44   45   46   47   48   49   ...   60
IDT cavablar

31. İqtisadi xərclərin təsnifatı

Xarici xərclər firma tərəfindən əmək, material, yanacaq, nəqliyyat enerji və s. üçün autsayderlərlə (bu resurslara verənlərə) verilən pulla ifadə olunur. Iqtisadi xərclər daimi və dəyişən hissələrə ayrılır. Daimi xərclər istehsalın həcmində asılı deyildir, məsələn, avadanlıq işlədi işləmədi onun haqqı verilməli, bina və qurğular üçün idarəedici heyətin əmək haqqı, renta ödənişi, istiqraz və s. üçün verilən. Dəyişən xərclər istehsalın həcminin dəyişilməsi ilə əlaqədardır. Məsələn, əmək, material, yanacaq enerji və s. alınması xərcləri.

Iqtisadi ədəbiyyatda istehsal xərcləri aşağıdakı kimi təsnifləşdirilir:

1) Kənar və daxili xərclər;

2) Alternativ xərclər;

3) Sabit, dəyişən və ümumi xərclər;

4) Orta və son hədd xərcləri.

Məlum olduğu kimi, firmalar istehsal prosesini təşkil etmək üçün kənardan müəyyən iqtisadi ehtiyatları – xammal, yanacaq, elektrik enerjisi satın alır, muzdla tutulmuş işçilərə əmək haqqı verir, göstərilən nəqliyyat xidmətlərinin dəyərini ödəyir. Bütün bunlarla əlaqədar olan xərclər kənar (xarici) xərclər adlanır. Lakin firmalar öz­lərinə məxsus ehtiyatlardan da istifadə edirlər ki, bunlara da daxili xərclər deyilir. Məhsulların istehsalına çəkilən xərclər həm də onların «sərf olunduğu yerlər», məhsulların və xərclərin növləri üzrə qruplaşdırılır.

Firmaların fəaliyyətinə qiymət verərkən alternativ xərclər xüsusi əhəmiyyət kəsb edir. Alternativ xərclər dedikdə, daha çox gəlir əldə etmək məqsədilə eyni məbləğdə vəsaitin tətbiq olunması üçün əlverişli, daha çox səmərə verən fəaliyyət növünün seçilməsi nəzərdə tutulur.


Yüklə 112,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin