1. İqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyi


Sabit və dəyişən xərcləri



Yüklə 112,8 Kb.
səhifə47/60
tarix05.04.2022
ölçüsü112,8 Kb.
#115149
1   ...   43   44   45   46   47   48   49   50   ...   60
IDT cavablar

Sabit və dəyişən xərcləri də bir-birindən fərqləndirmək lazımdır. Istehsalın həcminin dəyişməsindən asılı olmayan xərclərə sabit xərclər deyilir (FC – ingiliscə fixed costs). Sabit xərclər firmaların istehsal avadanlıqlarının mövcudluğu ilə əlaqədardır və buna görə də hətta həmin avadanlıqlardan istifadə olunmadıqda da ödənilməlidir. Sabit xərclərə istiqrazlar üzrə təəhhüdlərin ödənilməsi, renta tədiyələri, bina və avadanlıqların dəyərindən hesablanan amortizasiya ayırmaları­nın bir hissəsi, sığorta haqları, firmanın idarə heyətinin əmək haqqı, müəs­sisədə işləmək üçün gələcək mütəxəssislərin hazırlanması ilə əlaqədar olan xərclər aid edilir. Elə xərclər də vardır ki, onlar istehsalın həcminin dəyişməsindən bila­va­sitə asılıdır. Başqa sözlə istehsalın həcmi dəyişdikdə həmin xərclər də dəyişir. Bu xərclərə dəyişən xərclər deyilir (VC – in­giliscə variable costs). Dəyişən xərclərə xam­mal, yanacaq, enerji sərfi, nəqliyyat xidmətinin ödənilməsi ilə əla­qədar olan xərcləri misal göstər­mək olar.

Sabit və dəyişən xərclər ikisi birlikdə ümumi istehsal xərclərini əmələ gətirir. Deməli, istər sabit, istərsə də dəyişən xərclərə qənaət edilməsi ümumi xərclərin azalmasına səbəb olur.

Qiymətlər bir qayda olaraq orta istehsal xərcləri ilə müqayisə edilir. Orta istehsal xərclərini üç yerə böl­mək olar: 1) Sabit orta istehsal xərcləri; 2) Dəyişən orta istehsal xərc­ləri; 3) Ümumi orta istehsal xərcləri.


Yüklə 112,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin