Dünya təsərrüfatı sistemində bazar iqtisadiyyatının inkişafının bir neçə modeli özünə geniş yol açmışdır.
Bunlardan biri iqtisadiyyatın inkişafının Yapon modelidir. Bu modelin əsas mahiyyəti əhalinin həyat səviyyəsinin o cümlədən əmək haqqının əmək məhsuldarlığından daha az sürətlə inkişaf etdirilməsidir. Yaponiyanın iqtisadi inkişaf modelinin tərkibində alt sistemlər vardır. Məsələn, «Keyfiyyətin idarə edilməsi», «İstehsalın idarə edilməsi», «Heyətin idarə edilməsi», «Yaponiya sənaye sistemi» və s. modellər vardır. Yaponiya iqtisadiyyatında keyfiyyət birinci dərəcəli məsələ sayılır. Belə ki, keyfiyyət hər bir layihənin əsasını təşkil edir. Onun əsasında səhvlərin təkrar olunmaması durur.