İqtisadi inkişafın tənzimlənməsinin Türkiyə variantı sərt bazar qanunlarına əsaslanaraq sahibkarlığa geniş yol verilməsini üstün tutur. T.Ozalın iqtisadi modeli «sosial ədalət» prinsipini rədd edir. Məhz buna görə də müxalifət həmin modeli «qeyri humanistlikdə» təqsirləndirir. Modelin nəzəri əsasını monetarizm təşkil edir.
Almaniyanın sosial-bazar iqtisadiyyatı modeli - Hitler dövrünün konsernlərinin ləğv edilməsinə əsaslanır. Kiçik, orta müəssisələrin və fermer təsərrüfatının inkişafı genişləndirilir.