Azərbaycan Respublikası iqtisadi inkişafın hansı modelini seçməsi mübahisəli, ziddiyyətlidir. Respublikanın iqtisadi inkişafın hansı yolunun seçilməsinin mühüm rolu vardır. Hazırda Azərbaycanda sosial yönümlü bazar iqtisadi sistemi formalaşdırılır.
7. İqtisadiyyatın dövlət tənzimlənməsində dövlətin rolu
XX əsr bütün dünya ölkələrində iqtisadiyyatda dövlətin rolunun xeyli artması ilə seçilmişdir. Bu bir tərəfdən mərkəzləşdirilmiş qaydada planlaşdırmaya əsaslanan dövlətlərin (SSRİ, Avropa sosialist ölkələri – Polşa, Çexoslovakiya, Rumıniya, Macarıstan, Asiyada Çin, Amerika qitəsində Kuba və s.) əmələ gəlməsi, digər tərəfdən isə bazar iqtisadiyyatlı ölkələrdə bazar iqtisadiyyatında mürəkkəb proseslərin və əlaqələrin miqyasının genişlənməsi ilə əlaqədardır.
Tarixi təcrübə göstərir ki, dövlət həmişə iqtisadiyyatda müəyyən rol oynamışdır. Azad rəqabət dövrü də daxil olmaqla həmişə dövlətin əsas funksiyaları milli suverenliyi, mülkiyyət hüquqlarını müdafiə etmək, qanunçuluq və hüquq qaydalarına riayətə nəzarət etmək, pul tədavülünü, xarici ticarəti tənzimləmək və s. daxildir.
İqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyi çoxsaylı aşağıdakı amillərlə əlaqədardır:
1. İqtisadiyyatın bazar sektorunun problemlərinin həlli ilə bazar mexanizminin mənfi effektlərinin yumşaltması, azaldılması ilə bağlı olan amillər:
a) bazar proseslərinin kortəbiliyini məhdudlaşdırmaq;
b) səmərəli məcmu tələbini, bazar konyukturunu təmin etmək;
c) bazarın rəqabətliliyini, açıqlığını müdafiə etmək;
ç) dünya bazarında rəqabəti güjləndirmək.
2. İqtisadi sabitliyi, geniş təkrar istehsal prosesini təmin edən amillər:
a) iqtisadiyyatın inkişafının ümumi şərtlərini yaratmaq, məcmu kapitalın fəaliyyətinin (işlədilməsinin) iqtisadi səmərəliliyinin yüksəldilməsini təmin etmək;
b) iqtisadiyyatın fasiləsiz inkişafını təmin etmək;
c) uzunmüddətli iqtisadi artımı, işin ahəngdarlığını stimullaşdırmaq;
ç) makroiqtisadi tarazlığı qorumaq;
d) xalq təsərrüfatının optimal strukturunu formalaşdırmaq;
e) iqtisadiyyatın dövlət sektorunun səmərəli idarə edilməsini təmin etmək;
ə) pul tədavülünü tənzimləmək;
f) elmin, elmi-texniki tərəqqinin inkişafına kömək etmək.
3. Sosial problemlərin həlli ilə əlaqədar amillər:
a) gəlirlərin səmərəli yenidən bölgüsünü təmin etmək;
b) sosial sabitliyin iqtisadi əsaslarını yaratmaq, sosial gərginliyi azaltmaq;
c) əhalinin tam məşğulluğunu təmin etmək;
ç) işçi qüvvəsinin geniş təkrar istehsalına şərait yaratmaq, səhiyyəni, təhsili, kadrların yenidən hazırlanmasını təmin etmək.
Dostları ilə paylaş: |