1. Kommersiya krediti. Bu kreditin elə formasıdır ki, bir müəssisə digər müəssisəyə malını satmağa verir. Kommersiya kreditinin əsas əlaməti veksel sayılır. Bu XII-XIII əsrlərdə İtaliyada tətbiq edilmiş. Vekselin 2 forması var: a) Sadə veksel. Onun əsas vəzifəsi borc öhdəliyini kreditorata verilən zəmanətidir. b) ötürülmüş veksel (köçürmə vekseli) – pulu verən transsanton, pulu alan transsaton adlanır, pulu almağa hüququ olan 3-jü şəxs remitempten adlanır.
2. Bank kreditləri. Bu kreditlər xüsusi kredit idarələri vasitəsilə verilən borclardır.
Müasir bazar iqtisadiyyatı şəraitində istehlak krediti və dövlət krediti fəaliyyət göstərir. İstehlak krediti fərdi istehlakçılara verilir. Dövlət krediti isə dövlət və yerli orqanlar tərəfindən verilir. Bu kreditlər maliyyə – kredit orqanları tərəfindən buraxılan istiqrazlar əsasında fəaliyyət göstərir. Beynəlxalq kredit dövlətlər arasında verilən kredit formasıdır.
Kredit yenidən bölgü funksiyasını həyata keçirməklə iqtisadiyyatın tənzimlənməsində xüsusi rol oynayır. Onun köməyi ilə sərbəst pul vəsaiti dövlət tərəfindən toplanır və borc kapitalına çevrilir.
Dostları ilə paylaş: |