5. İqtisadiyyatın dövlət tənzimlənməsinin formaları
Bazar iqtisadiyyatı şəraitində tənzimlənmənin aşağıdakı formalarından istifadə olunur.
1. Dövlət sifarişləri.
2. Planlaşdırma:
direktiv planlaşdırma
indiqativ planlaşdırma
strateji planlaşdırma.
3. Proqramlaşdırma.
4. Proqnozlaşdırma
Tənzimlənmənin bu formaları:
Dövlət sifarişləri. Bazar münasibətlərinə keçid dövrü üçün dövlət tənzimlənməsinin mühüm formalarından biri dövlət sifarişidir.
Dövlət sifarişi məhsul və xidmətlərə ən mühüm tələbatları, kompleks proqram tapşırıqlarını əks etdirir. Dövlət sifarişlərini Nazirlər Kabinetinin tapşırığı əsasında İqtisadiyyat Nazirliyi müəyyən edir və ona nəzarət edir. Hazırda keçid dövrü üçün dövlət müəssisələrinə müəyyənləşdirilmiş məhsullar üzrə, müəyyən qoyulmuş kəmiyyətdən çox olmamaqla, yerinə yetirilməsi məcburi qaydada, lakin yalnız müqavilə əsasında çatdırılır. Müəssisə müəyyən olunmuş həcmdən yuxarı dövlət sifarişini yalnız könüllü müqavilə əsasında qəbul edə bilər.
Dostları ilə paylaş: |