1. Konfliktologiya müst


Mövzu 15. Beynəlxalq kommersiya



Yüklə 488 Kb.
səhifə16/17
tarix05.01.2022
ölçüsü488 Kb.
#111035
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu 15. Beynəlxalq kommersiya

  1. Beynəlxalq ticarətin mahiyyəti, əhəmiyyəti və rolu

  2. İxrac-idxal əməliyyatları haqqında anlayış

  3. İxrac-idxal əməliyyatlarının təşkili

1. Beynəlxalq ticarətin mahiyyəti, əhəmiyyəti və rolu

Azərbaycanda dövlət müstəqilliyinin təmin edilməsi və bazar münasibətlərinin inkişaf etdirilməsi sahəsində aparılan iqtisadi islahatlar, ölkənin iqtisadiyyatının inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiya olunması üçün əlverişli şərait yaratmışdır.

Milli iqtisadiyyatın formalaşması və ölkənin dünya bazarında yerinin müəyyən edilməsi, onun fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Azad sahibkarlığın hüquqi təminatın yaradılması və dünya təsərrüfat sisteminə inteqrasiyanın güclənməsi məsələsinə daim diqqət yetirilir.

Azərbaycanda mülkiyyətin formalaşması, daxili bazarın yaranması, biznes və sahibkarlıq fəaliyyətinin inkişafı, özəlləşdirmə proqramının həyata keçirilməsi, xarici iqtisadi əlaqələrin bərpa edilməsi işləri davam etdirilir.

Ölkədə maliyyə, kredit, bank işi, pul tədavülünün yenidən qurulması, əhalinin sosial müdafiəsinin təşkili sahəsində məqsədyönlü iş aparılır.

Beynəlxalq ticarətin üstünlüyü hələ çoxdan məlumdur. 1776-cı ildə Adam Smit göstərmişdir ki, ağıllı ailə başçısı heç vaxt öz ailəsi üçün lazım olan məhsulların hamısını özü istehsal etməyə cəhd etməz.

C.Mill “Siyasi iqtisadın prinsipləri” əsərində göstərmişdir ki, “Beynəl­xalq ticarətin faydası” dünyanın məhsuldar qüvvələrindən daha səmərəli isti­fa­də olunmasındadır.

Ölkələr arasındakı iqtisadi əlaqələrin xarakteri, dünya dövlətlərinin xarıcı tıcarət siyasətini müəyyən edir. Dünya ölkələri arasında azad ticarət siyasəti həyata keçirir.

Azad ticarət siyasəti o deməkdir ki, dövlətlər arasında ticarətin inkişafına heç bir məhdudiyyət qoyulmur.

Beynəlxalq ticarət müxtəlif ölkələrin alıcıları, satıcıları və vasitəçiləri arasında həyata keçirilən alqı-satqı prosesidir.

Beynəlxalq ticarət beynəlxalq əmək bölgüsünün daha da genişlənməsinə, mövcud resurslardan səmərəli istifadə edilməsinə şərait yaradır.

Beynəlxalq ticarət dünya ölkələri arasında elmi-texniki sahədə əməkdaşlığın genişlənməsinə və dünya xalqlarının maddi və mənəvi tə­lə­­batının ödənilməsinə şərait yaradır. Dünya dövlətlərinin təhlükəsiz­li­yi­nin təmin edilməsi beynəlxalq ticarətlə bağlıdır.

Beynəlxalq ticarət dünya dövlətləri arasında yaranan beynəlxalq iqtisadi münasibətlərin ən əsas forması olub, geniş bir struktura malikdir. Beynəlxalq ticarət idarəetmə, maliyyə, kredit, qiymət, informasiya, kommersiya və s. Strukturları özündə birləşdirir.

Beynəlxalq ticarətin şərtlərinə qısa və uzunmüddətli amillər təsir göstərir. Qısa müddətli amillərə xarici ticarət siyasəti, valyuta məzənnəsində baş verən dəyişikliklər aiddir. Uzun müddətli amillərə isə istehsal və istehlakın strukturunda baş verən dəyişikliklər müəyyən edilir.

Beynəlxalq ticarəti şərtləndirən amillər aşağıdakılardan ibarətdir:

1. yerli istehsalın kifayət etməməsi,

2. əmtəələrin qiymətinin beynəlxalq miqyasda fərqlənməsi,

3. müxtəlif ölkələrdə fərqli əmtəələr istehsalı.

Azad ticarət siyasətinin həyata keçirilməsi dünya iqtisadiyyatında iqti­sadi ehtiyatların daha səmərəli yerləşdirilməsinə və maddi rifah səviy­yə­sinin daha da yüksəlməsinə səbəb olur.

Beynəlxalq ticarətin həyata keçirilməsi dünya dövlətləri qarşısında belə bir məsələ qoyulur ki, ölkə daxilində ucuz başa gələn məhsulları istehsal etməli, baha başa gələn məhsulları isə xarıcdən gətirilməlidir.

Beynəlxalq ticarət dünya ölkələrində elə qurulur ki, o, ölkəyə mənfəət gətirmiş olsun.



Milli bazarın xarici rəqiblərin təsirindən qorunmasının əsas yolu, dövlətin yeritdiyi gömrük siyasətidir. Dövlət xaricdən gətirilən məhsulların üzərinə elə gömrük haqqı qoyulur ki, yerli məhsullarla xarici məhsulların qiyməti tarazlaşsın. Dövlət bütün xarici əmtəələrə eyni gömrük haqqı qoya bilməz. Əmtəələrə yüksək gömrük haqqı qoyulur ki, o, yerli məhsulların istehsalına mane olur.

Milli iqtisadiyyatın xarici rəqabətdən qorunmasının dolayı yolları da vardır. Bu, yerli məhsulların qiymətini aşağı salmaqdır.

Azərbaycanda kifayət qədər ixtisaslı kadrların olması, ölkənin böyük enerji, mineral-xammal resursları, nadir iqlim potensialı, ona milli iqtisadiy­ya­tın sürətlə yenidən qurulmasına əlverişli şərait yaradır.

Azərbaycan istehsal etdiyi pambığı, şərab yarımfabrikatlarını, ferment­ləş­dirilmiş tütünü, kimya xammalını, neft məhsulları xammalını, elektron, elekt­ronika, cihazqayırma, sənaye sahələri üzrə yüzlərlə adda məmulatı xaricə göndərməli olur.

Hazırda qarşıda duran problemlərdən biri Azərbaycanın Beynəlxalq Əmək bölgüsündə düzgün olaraq yerini tapması və Ümumdünya Ticarət Təş­ki­latına üzv olmaq məsələsidir.

Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatı ilə əməkdaş­lı­ğı son zamanlar xeyli genişlənmişdir. Belə ki, Azərbaycan Avropa Birliyinin TASİS Proqramı, BMT-nin İnkişaf Proqramı, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun təmsilçiləri ilə sıx əməkdaşlıq edir.

Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikası xarici ölkələrlə qarşılıqlı fayda verən əlverişli iqtisadi-siyasi əlaqələri genişləndirməkdədir.




Yüklə 488 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin