1. Konfliktologiya müst



Yüklə 488 Kb.
səhifə17/17
tarix05.01.2022
ölçüsü488 Kb.
#111035
1   ...   9   10   11   12   13   14   15   16   17
2. İxrac – idxal əməliyyatları haqqında anlayış.

İxrac-idxal əməliyyatları ölkənin xarici ticarət fəaliyyətinin əsasını təşkil edir. Xarici ticarət bir ölkənin başqa ölkələrlə ticarət etməsini nəzərdə tutur. Əmtəələrin ölkədən çıxarılmasından (ixrac) və əmtəənin ölkəyə gətirilmə­sin­dən (idxal) ibarətdir. Əmtəə mübadiləsinin inkişaf etmiş bir sahəsi kimi, xarici ticarətin əsasını beynəlxalq əmək bölgüsü təşkil edir. Beynəlxalq ixtisaslaşdırmanın genişlənməsi, xarici ticarətin liberallaşmasına səbəb olmuşdur. İxrac məhdudiyyətlərinin aradan götürülməsi, gömrük rüsumlarının əhəmiyyətli dərəcədə aşağı düşməsinə gətirib çıxarmışdır.

Bazar iqtisadiyyatına keçməmişdən əvvəl xarici ticarət üzərində dövlət inhisarı mövcud idi. Bu onun sərbəst inkişafını ləngidirdi. Onu qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik əldə sonra, xarici ticarət fəaliyyətində inhisar ləğv olunmuşdur. Xarici iqtisadi fəaliyyət sahəsində, qəbul edilmiş qanunlar işləyir. Hüquqi – normativ aktlar əsasında, ticarət müəssisələri və təşkilatları dünya bazarına sərbəst çıxmaq hüquqi əldə etmişlər.

Dövlət xarici ticarət üzərində iqtisadi və inzibati nizamlanmanı həyata keçirilmişdir. Xarici ticarət dövriyyəsinin həcminə və quruluşuna təsir göstərir. (bax: cədvəl 1.)

Cədvəl 1.

Xarici ticarət dövriyyəsi



(mlyn.ABŞ dolları)


İllər

Dövriyyə

İdxal

İxrac

Faizlə

Dövriyyə

İdxal

İxrac

2005

8558,2

4211,2

4347,2

120,0

119,8

120,2

2006

11638,9

5266,7

6372,2

136,0

125,1

146,6

2007

11771,7

5713,5

6058,2

101,1

108,5

95,1

2008

54926,0

7170,0

47756,0

466,6

125,5

788,3

2009

20824,5

6123,1

14701,4

37,9

85,4

30,8

2010

33160,7

6600,6

26560,5

106,5

105,0

106,9

2011

44161,7

9756,0

34405,7

104,0

145,3

92,6

2012

43813,2

9652,9

34160,3

103,9

145,3

88,7

Gömrük tarifləri - malların qruplar üzrə sistemləşdirilmiş gömrük rüsumlarının siyahısıdır. Bu rüsumlar müəyyən ölkədə idxal və ixrac edilən mallardan tutulur.

Gömrük rüsumları - vergi funksiyasını yerinə yetirir və əmtəələr gömrük sərhədlərini keçdikdə onların dəyərindən tutulur. Bu da idxal-ixrac olunan əmtəələrin qiymətlərinin yüksəldilməsinə gətirib çıxarır. Bununla da xarici ticarət dövriyyəsinin həcminə və quruluşuna təsir göstərir. Onu da qeyd etmək lazımdır ki, gömrük tarifləri dövlət büdcəsinə vəsaitlərin daxilolma mənbələrindən biridir. (Bax: cədvəl 2.)

Cədvəl 2.



2012-ci ildə Azərbaycanın idxalında əsas tərəfdaşların xüsusi çəkisi.

N

Dövlətlər

Faizlə

Yeri

1.

Türkiyə

15,8

1.

2.

Rusiya Federasiyası

14,3

2.

3.

Almaniya

8,1

3.

4.

ABŞ

7,4

4.

5.

Çin

6,5

5.

6.

Ukrayna

5,6

6.

7.

Böyük Britaniya

5,1

7.

8.

Qazaxstan

3,5

8.

9.

İtaliya

2,7

9.

10.

Yaponiya

2,5

10.

11.

Koreya Respublikası

2,5

11.

12.

Fransa

1,9

12.

13.

Braziliya

1,9

13.

14.

İran İslam Respublikası

1,8

14.

15.

Niderland

1,6

15.

Gömrük rüsumlarının əsas 3 növü vardır:

  1. advalor - əmtəənin qiymətinə görə faizlə tutulur;

  2. spesifik - əmtəənin çəkisinə və həcminə görə pul məbləği şəklində tutulur;

  3. qarışıq - əmtəədən, eyni zamanda, həm advalor, həm də spesifik rüsumlar tutulur.

Lisenziyalaşdırılan - əmtəələrin gətirməsi qaydasıdır ki, bu zaman dövlətin səlahiyyətli idarəsi müəyyən əmtəələri (ixrac və idxal) xarici ticarət əməliyyatları aparılmasına icazə - lisenziya verir. Xarici ticarət əməliyyat­la­rı­nın lisenziyalaşdırılması ayrı- ayrı əmtəələrin ixracına və idxalına miqdar məh­du­diyyətinin – kvatoların tətbiqi ilə sıx əlaqəlidir.

Kvota – müəyyən dövr ərzində (məsələn, rüb) əmtəənin ixracına və idxalına verilmiş icazənin maksimal həcmidir (dəyər və ya fiziki ölcüdə).



3. İxrac-idxal əməliyyatlarının təşkili.

Ticarət təşkilatları və müəssisələri xarici ticarət əməliyyatlarını öz şəxsi təşəbbüsləri ilə xarici firmalarla müqavilələr bağlamaq yolu ilə həyata keçirə bilərlər.



Barter – müəyyən sayda əmtəənin digər bir əmtəəyə dəyişdi­ril­mə­si­ni nəzərdə tutan sövdələşmədir. Barter sövdələşməsi alıcının hesabından satıcının hesabına pul vəsaitlərinin köcürülməsi ilə müşayiət olunmur.

Klirinq – qarşılıqlı tələblərin nəzərə alınmasına əsaslanan nəqdsiz hesablaşma sistemidir.

Ümumiyyətlə, maliyyə hesablaşmaları valyuta ilə hesablaşmalardır.

Xarici ticarət əməliyyatlarının təşkili aşağıdakı mərhələləri nəzərdə tutur.


  1. Xarici bazarın və onun konyukturunun öyrənilməsi.

  2. Xarici bazarda ixrac resurslarının formalaşdırılması vəzyyəti.

  3. Müqavilələr bağlamaq üçün kontragentlərin seçilməsi.

  4. Müqavilələrin bağlanması və yerinə yetirilməsi;

Məhsulu rəqabət qabiliyyətli etmək üçün ilk növbədə, müəssisənin resurs təminatını – xammal, maliyyə, texniki, kadr və s. təhlil etmək lazımdır. (Bax: cədvəl 3.)

Cədvəl 3.



2012-ci ildə Azərbaycanın ixracında əsas tərəfdaşların xüsusi çəkisi

N

Dövlətlər

Faizlə

Yeri

1.

İtaliya

23,2

1.

2.

Hindistan

7,9

2.

3.

Fransa

7,4

3.

4.

İndoneziya

7,4

4.

5.

İsrail

7,0

5.

6.

ABŞ

6,7

6.

7.

Almaniya

4,0

7.

8.

Rusiya Federasiyası

4,0

8.

9.

Yunanıstan

3,5

9.

10.

Tayvan

2,7

10.

11.

Türkiyə

2,5

11.

12.

Bolqarıstan

2,5

12.

13.

Gürcüstan

2.4

13.

14.

Çexiya Respublikası

2,1

14.

15.

İraq

1,8

15.

Xarici ticarət əməliyyatlarının tərtibatı aşağıdakıları nəzərdə tutur:



  1. Oferta (təkliflərin) göndərilməsi;

  2. Alıcı (satıcı) tərəfindən sifarişin təsdiq olunması;

  3. Danışıqlarda iştirak etmək

  4. Müqavilələrin tərtib olunması və imzalanması.

Sövdələşmənin tərtib olunması üçün əsas sənəd əmtəənin alqı – satqısı üzrə beynəlxalq müqavilə hesab olunur.

Müqavilələrin yerinə yetirilmə prosesinə əmtəələrin yüklənməyə hazırlanması, onlar nəqletmənin təşkili, əmtəələrin sığortası, maliyyə hesablaşmaları aiddir. (Bax: cədvəl 4.)

Cədvəl 4.

2012-ci ildə ölkələr üzrə xarici ticarət əlaqələri



(ABŞ dolları, faizlə)


N

Dövlətlər

2012-ci ilin 2011-ci ilə nisbəti, faizlə

idxal

Ixrac

1.

Cəmi:

96,9

86,2

2.

MDB ölkələri üzrə cəmi:

89,0

41,7

3.

Belarus

105,4

1,8

4.

Qazaxstan

156,7

90,7

5.

Qırğızstan

242,7

126,1

6.

Moldova Respublikası

157,5

9,9

7.

Özbəkistan

15,9

52,7

8.

Rusiya Federasiyası

84,0

80,8

9.

Tacikistan

5,8

333,0

10.

Türkmənistan

253,3

134,1

11.

Ukrayna

96,7

9,5




Yüklə 488 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin