1. Konfliktologiya müst


Mövzu 6. Təşkilati sistemdə münaqişələrin idarə edilməsi metodları



Yüklə 488 Kb.
səhifə7/17
tarix05.01.2022
ölçüsü488 Kb.
#111035
1   2   3   4   5   6   7   8   9   10   ...   17
Mövzu 6. Təşkilati sistemdə münaqişələrin idarə edilməsi metodları

Müasir menecmentə əsasən rəhbər münaqişə vəziyyətində fəal mövqe tutur, müxtəlif tipli münaqişələri idarə edirlər. İdarəetmə prosesi özündə aşağıdakı elementləri əks etdirir:

Münaqişənin açılışı-səbəblərin müəyyən olunması münaqişənin səviyyəsi dərəcəsinin müəyyən olunması-idarəetmə metodlarının tapılması və yaxud münaqişənin həll olunmasıdır.

Münaqişə vəziyyətində ilkin yol kimi münaqişənin əsl səbəbini müəyyən etmək lazımdır. Odur ki, rəhbər öz fəaliyyətində dəqiq müəyyən etməlidir ki, hansı münaqişənin qarşısını almaq, yaxud həll etmək lazımdır. Məsələn, şəxslərarası münaqişə davam edərək ümumkollektiv münaqişəyə çevrilə və təşkilatın işini poza bilər. Onu qeyd etmək lazımdır ki, münaqişə iştirakçısı özünə onu dəstəkləyən tərəfdarlar axtarır ki, rəhbəri öz tərəfinə çəksin.

Təcrübədə təsərrüfat rəhbəri çox vaxt öz yerini qoruyub saxlamaq üçün: “parçala və hökm sür” prinsiplərindən istifadə edir. Bu, özünü daha çox bürokratik təşkilatlarda özünü göstərir. Münaqişənin rolu onun nə qədər səmərəli idarə edilməsindən asılıdır.

Təşkilatlarda münaqişə vəziyyətlərinin idarə edilməsinin aşağıdakı strateji metodlarını göstərmək olar:

1.İşə qarşı qoyulan tələblərin izah olunması. Bu metod nəticələrin səviyyəsi, səlahiyyətlər, məsuliyyət sistemi və nəticələrin gözləndiyini nəzərdə tutur.

2.Əlaqələndirmə mexanizminin tətbiq olunması.

3.Ümumtəşkilati kompleks məqsədlərin qoyulması. Təşkilatın bölmələri arasında münaqişələrin qarşısının alınması üçün bütün təşkilat üçün ümumi məqsədləri qoymaq lazımdır.

4.Mükafatlandırma sistemindən istifadə olunması.

Təşkilatlarda münaqişələrin idarə edilməsinin taktiki metodları, strateji metodlarının konkretləşdirilməsi aşağıdakılardan ibarətdir:

1.Münaqişədən yayınma-qrup münaqişədən yayınır, iqtisadi, fiziki mühit. Metodun tətbiq olunması səbəbləri aşağıdakılardan ibarətdir:

-münaqişənin əsasında duran problemin adı.

-münaqişəni həll edəcək, səmərəli potensialının olması.

-qarşı tərəf qarşısında qorxunun olması.

-yaxınlaşmaqda olan münaqişənin əlverişsiz vaxtda baş verməsi.

Bu metodun tətbiqi tipik davranış halları ilə bağlılığı aşağıda­kı­lar­dan ibarətdir:

-problemin mövcudluğu çox vaxt inkar olunur;

-problemin həllinin uzadılması;

-münaqişənin qarşısının alınması üçün yavaşıldılmış üsulların tətbiqi;

-münaqişəyə yol verməmək üçün məxfilikdən istifadə olunması;

-münaqişənin həllinin əsası kimi mövcud hüquqi normalara müraciət olunması.

Metod aşağıdakı hallarda tətbiq olunur:

-problemin mümükünlüyü zamanı.

-mövcud münaqişənin davamiyyətinin uzunmüddətliyi perspektivə malik olması.

2. Uyğunlaşma və geri çəkilmə metodu. Bu metod aşağıdakı hallarda tətbiq olunur.

-müdriyyət özünün haqlı olmadığını müəyyən edəndə;

-toqquşmanın predmeti Sizin üçün deyil, qarşı tərəf üçün daha vacib olanda;

-sabitlik daha çox vacib olanda;

-tabeçilikdə onların idarəetmə ixtisasının qaldırılması.

3.”Sığallama” metodu. Kollektiv təsir metodlarına istiqamətlənmiş təşkilatlarda və kollektivizm ölkələrində tətbiq olunur.

4.”Gizli hərəkətlər” metodu. Bu metod o zaman tətbiq olunur ki, müdiriyyət münaqişənin idarə edilməsi üçün gizli nizamlanma vasitə­lərin­dən istifadə edir.

Bu metodun mənfi nəticələri:

-məxfi hərəkətlərə qarşı açıq və gizli müqavimətin göstərilməsi;

-sabotaj aktları;

-işçilər arasında rəhbərliyə qarşı mənfi fikirlərin yayılması;

-məxfilik şəraitində sosial münaqişənin yayılması.

5.”Tezliklə həlletmə” metodu. Problem üzrə qərarın ən qısa dövrdə qəbul olunur.

-qərarın qəbul olunması zamanı vaxt məhdudiyyəti olduqda;

-münaqişənin tərəflərindən biri öz rəyini dəyişməsi;

-hər iki tərəfin razılığa gəlməsi;

-münaqişə vəziyyətinin kəskinləşməsi.

6.Kompromis (qarşılıqlı güzəşt əsasında razılaşma) metodu. Hər iki tərəf problemlər sahəsində orta mövqe tutmaqdır.

-kompleks problemlər üzrə müvəqqəti sazişlər əldə olunması.

Metodun texnologiyası:

-danışıqlar;

-hər bir tərəf kompromisə doğru hərəkətdə öz töhvəsini verirlər;

-münasib qərarların axtarılması;

-hər iki tərəf üçün münaqişəli məsələlərin müəyyən edilməsi və həll olunması imkanları;

-diqqətin qarşılıqlı maraqlara yönəldilməsi;

-danışıqlar zamanı obyektiv meyarlardan istifadə olunması;

-danışıqların hər iki tərəfin ləyaqətlərinə hörmət edilməsi əsasında aparılması;

-qarşılıqlı sərfəli qərarların işlənməsi.

7.Əməkdaşlıq metodu. Bu zaman rəqib tərəflər münaqişədən çıxmanın ən yaxşı variantını birgə fəaliyyət göstərirlər.

8.Qüvvə tətbiqi metodu. Mahiyyəti ondan ibarətdir ki, bir tərəf digər tərəfə öz qərarını zorla qəbul etdirir.

-qeyri-populyar qərarların tətbiq edilməsi zamanı qəbul olunur;

-güclü tərəf özünü haqlı olduğunu sübut etməyə çalışır;

-məcburetmə yolu ilə hakimiyyətdən istifadə olunması və s. ibarətdir.



Yüklə 488 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin