1.Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi
Etika - əxlaq, mənəviyyat haqqında elmdir. “Etika” etimoloji baxımdan qədim
yunan sözü “ethos” – la bağlıdır. Vaxtilə etika yurd, birgə yaşayış mənasında
işlənirdi. Homerin “İliada”dan bu barədə müfəssəl məlumat almaq mümkündür.
İctimai şüurun qədim formalarından biri olan əxlaq etikanın tədqiqat obyektidir.
Etika əxlaqı, insanların mənəvi aləmini, mənəviyyatını öyrənir. O, bir tərəfdən
insanların davranış qaydalarını və əxlaq normalarını tənzim etmək, başqa bir
tərəfdən mənəviyyatın nəzəriyyəsini öyrənən mənəvi
prinsiplər barədə təlim
mənasını kəsb edir. Getdikcə etika yeni mənalar daşımışdır: azərbaycanca bu söz
adət, xasiyyət, xarakter, davranış, fikir tərzi mənalarını verir. Ethos sözünün latın
variantı mos (adət, xarakter, qanun) sözü olmuşdur.
Etikanı əxlaq haqqında elm adlandırırlar. Bu, onun öyrənmə sahəsini ifadə edir,
predmetini isə hələ ki, müəyyənləşdirmir. Etikanın predmeti tarixən
dəyişməkdədir. İlk növbədə öyrənmə obyektinin özü - əxlaq dəyişikliyə məruz
qalır. Bildiyimiz kimi, müxtəlif ictcmai – iqtisadi formasiyalarda əxlaqın məzmunu
və xarakteri fərqli olmuşdur.
İctimai şüurun bir sıra formaları vardır: siyasi, hüquq, fəlsəfə, incəsənət, din və s.
Onların hər biri ictimai varlığı, həyatı özünəməxsus şəkildə əks etdirir. İctimai şüur
formaları özlərinin inkişafında cəmiyyətin ictimai quruluşunun, ictimai – siyasi
münasibətlərinin, siniflərin mövcud olduğu cəmiyyətlərdə isə eyni zamanda sinfi
mübarizənin təsiri altında olur. İctimai şüur formaları arasında əxlaq
özünəməxsus
yer tutur.
Cəmiyyət inkişaf etdikcə, onun iqtisadi quruluşu, maddi həyat şəraiti dəyişikliyə
məruz qaldıqca, digər ictimai şüur formaları kimi əxlaq da dəyişir və inkişaf edir.
Hazırda əxlaq dedikdə, insanların bir – birinə münasibətlərini və cəmiyyətdə
onların vəzifələrini müəyyənləşdirən, tarixən formalaşmış davranış qaydalarını
nizama salan mövcud normaların məcmusu anlaşılır.
İnsan cəmiyyəti yarandığı ilk vaxtlarda adamlar arasında
müəyyən münasibətlər
bərqərar olurdu. Bu münasibətləri nizamlamaq, birgəyaşayış qaydalarını yerinə
yetirmək məqsədilə müvafiq adət və ənənələrə ehtiyac hiss olunurdu. Bu ehtiyac
müəyyən qaydaların, adət və ənənələrin yaradılmasına təkan verdi. Adamlar
tədricən öz davranış və hərəkətlərini həmin qaydalara uyğunlaşdırmağa alışdılar.
Onlar öz davranış və rəftarlarında nəyin yaxşı, nəyin pis olduğunu, xeyir və şər
kateqoriyalarına əsasən qiymətləndirirdilər. Cəmiyyətdə siniflər meydana gəlməyə
başladı. Siniflər arasındakı mübarizədə əxlaq normaları da sinfi səciyyə kəsb
etməyə başladı. Əxlaq normaları bu və ya digər
sinfin ictimai və iqtisadi
vəziyyətini müvafiq sinfi təmsil edən şəxslərin mənafeyini ifadə edən adətə
çevrildi. Sinifli cəmiyyətdə hakim sinif öz ağalığını məzlumlara, onlara tabe
olanlara, başqa sözlə, məhkum sinfə diqtə etmək üçün əxlaqa üz tutdu. Odur ki,
hakim sinif özünün fəlsəfi – etik nəzəriyyəsini işləyib hazırlayarkən, onun
məzmununu öz mənafeyinə xidmət göstərməyə istiqamətləndirdi. Hakim siniflərin
ideoloqları öz siniflərinin məqsəd və maraqlarına cavab verən əxlaq təlimləri
meydana gətirmişlər.
Cəmiyyətin iqtisadi həyatında gedən dəyişikliklərlə bağiı ictimai şüur forması olan
əxlaq da dəyişərək, yeni məzmun daşımağa başlamışdır. Fəlsəfi təlimlər tarixinin
inkişafına nəzər salsaq, görərik ki, əxlaq təlimi də onunla bərabər inkişaf etmişdir.
Dəyişilməyən əxlaq yoxdur, zahiri cəhətdən daimi görünə bilən əxlaq qaydaları da
müxtəlif dövrlərdə dəyişmişdir. Bu da təbiidir. Əxlaq normalarının əsası
dəyişdikcə, onun özündə də labüd dəyişikliklər baş verir. Başqa sözlə,
cəmiyyət
inkişaf etdikcə, əxlaq yeni forma alaraq, özünün əvvəlki məzmununu itirir.
İstismarın hökm sürdüyü cəmiyyətlərdə əxlaqın başlıca məqsədi başqalarını
istismar etmək, varlanmaq hərisliyi, digərini əsarət, zülm altında saxlamaqdır.
Hakim sinif öz istəyinə çatmaq üçün hər cür zorakılığa əl atır. Belə insanlar öz
mənafe və maraqları üçün bir – birilə mübarizə edir, əxlaqın əsasında rəqabət və
düşmənçilik dayanır. Bu əxlaqa görə, insanı pulla alıb – satmaq, susdurmaq, ələ
almaq mümkündür.
Əxlaq insanların cəmiyyətə, dövlətə və bir – birlərinə
olan münasibətlərini
tənzimləyir.
Siniflərin mövcud olduğu cəmiyyətdə əxlaq müvafiq sinfin iqtisadi, ictimai
vəziyyətini, məqsəd və maraqlarını özündə əks etdirən davranış qaydalarının,
prinsip və normalarının murəkkəb sistemidir.
İdealist mövqedə dayananlar iddia edirlər ki, əxlaq normaları konkret şəraitdən
asılıdır və onlar tarixi şəraitə əsasən muəyyən olunur. Belələrinin qənaətincə,
əxlaq, meydana gətirən tarixdənkənar fövqəladə qüvvə,
mücərrəd mənlik şüuru
mütləq zəkadır. Başqa sözlə, əxlaq normaları Allah – təalanın hökmündən əxz
edilir. Əslində isə əxlaq normaları konkret tarixi şəraitlə əlaqədardır. Onun
cəmiyyətdən, həyatdan kənarda mövcud oiması, sadəcə qeyri – mümkündür.
Əxlaq normaları, qaydaları nə vaxtdan meydana gəlmişdir? – Gəlin belə bir suala
cavab tapaq: Bu sualın cavabı belədir: İnsan cəmiyyəti yarandığı zamandan.
İbtidai cəmiyyətdə icma prosesində getdikcə insanların qəbiləyə, icmaya, bir –
birinə, kişilərin qadınlara, qadınların kişilərə, ata – anaların öz uşaqlarına,
uşaqların valideynlərinə münasibətləri əmələ gəlirdi. Tədricən həmin münasibətlər
icma, qəbilə üzvləri tərəfindən qəbul edilən davranış normalarının ifadəçisi kimi
özünü göstərirdi. Nəticədə əxlaq meydana gətirdi.
Müstəqillik qazandığımız bir dövrdə ölkəmizin vətəndaşlarını,
o cümlədən
böyüməkdə olan nəsli milli əxlaqımızın tələblərini əsas götürməklə tərbiyə etmək
müstəsna dərəcədə böyük əhəmiyyət daşıyır. Milli əxlaqımızın prinsiplərini elə
təbliğ və tətbiq etməyimiz lazımdır ki, oniar hər bir şəxsin davranış və rəftarında,
adətlərində, qarşılıqlı münasibətlərində, ünsiyyət tərzində möhkəm yer tutsun.
“Milli əxlaq və ailə etikası” kursunun məqsədi milli əxlaqımızı, onun tələblərini
əsas götürməklə şəxsiyyətdə özünütərbiyə tələbatları yaratmaqdan, ailə etikasının
tələblərindən irəli gələn, nikaha və ailəyə, ailə münasibətlərinə, uşaqların
tərbiyəsinə və təhsilinə, vətənin ləyaqətli vətəndaşları kimi yetişdirllməsinə ciddi
və məsuliyyətli yanaşmaq adəti (formalaşdırmaq, nikahın uğurlu, ailənin möhkəm
olmasına, ailədə qarşılıqlı münasibətlərin qurulmasına nail olmaqdan ibarətdir)
formalaşdırmaqdan ibarətdir.