1. Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə1/13
tarix23.03.2022
ölçüsü0,68 Mb.
#114942
  1   2   3   4   5   6   7   8   9   ...   13
milli exlaq 60s pdf



 

                 1.Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi 

Etika  -  əxlaq, mənəviyyat  haqqında  elmdir.  “Etika”  etimoloji  baxımdan  qədim 

yunan  sözü  “ethos”  –  la  bağlıdır.  Vaxtilə  etika  yurd,  birgə  yaşayış  mənasında 

işlənirdi. Homerin “İliada”dan bu barədə müfəssəl məlumat almaq mümkündür. 

İctimai  şüurun  qədim  formalarından  biri  olan  əxlaq  etikanın  tədqiqat  obyektidir. 

Etika  əxlaqı,  insanların  mənəvi aləmini, mənəviyyatını  öyrənir.  O,  bir  tərəfdən 

insanların  davranış  qaydalarını  və  əxlaq  normalarını  tənzim  etmək,  başqa  bir 

tərəfdən mənəviyyatın  nəzəriyyəsini  öyrənən mənəvi  prinsiplər  barədə  təlim 

mənasını kəsb edir. Getdikcə etika yeni mənalar daşımışdır: azərbaycanca bu söz 

adət, xasiyyət, xarakter, davranış, fikir tərzi mənalarını verir. Ethos sözünün latın 

variantı mos  (adət, xarakter, qanun) sözü olmuşdur.   

Etikanı  əxlaq  haqqında  elm  adlandırırlar.  Bu,  onun  öyrənmə  sahəsini  ifadə  edir, 

predmetini  isə  hələ  ki, müəyyənləşdirmir.  Etikanın  predmeti  tarixən 

dəyişməkdədir.  İlk  növbədə  öyrənmə  obyektinin  özü  -  əxlaq  dəyişikliyə  məruz 

qalır. Bildiyimiz kimi, müxtəlif ictcmai – iqtisadi formasiyalarda əxlaqın məzmunu 

və xarakteri fərqli olmuşdur.  

İctimai şüurun bir sıra formaları vardır: siyasi, hüquq, fəlsəfə, incəsənət, din və s. 

Onların hər biri ictimai varlığı, həyatı özünəməxsus şəkildə əks etdirir. İctimai şüur 

formaları  özlərinin  inkişafında  cəmiyyətin  ictimai  quruluşunun,  ictimai  –  siyasi 

münasibətlərinin, siniflərin mövcud olduğu cəmiyyətlərdə isə eyni zamanda sinfi 

mübarizənin təsiri altında olur. İctimai şüur formaları arasında əxlaq özünəməxsus 

yer tutur.  

Cəmiyyət  inkişaf  etdikcə,  onun  iqtisadi  quruluşu, maddi  həyat  şəraiti  dəyişikliyə 

məruz qaldıqca, digər ictimai şüur formaları kimi əxlaq da dəyişir və inkişaf edir.  

Hazırda  əxlaq  dedikdə, insanların  bir  –  birinə  münasibətlərini  və  cəmiyyətdə 

onların  vəzifələrini  müəyyənləşdirən,  tarixən  formalaşmış  davranış  qaydalarını 

nizama salan mövcud normaların məcmusu anlaşılır.  

İnsan  cəmiyyəti  yarandığı  ilk  vaxtlarda  adamlar  arasında  müəyyən  münasibətlər 

bərqərar  olurdu.  Bu  münasibətləri  nizamlamaq,  birgəyaşayış  qaydalarını  yerinə 

yetirmək məqsədilə müvafiq adət və ənənələrə ehtiyac hiss olunurdu. Bu ehtiyac 

müəyyən  qaydaların,  adət və  ənənələrin  yaradılmasına  təkan  verdi.  Adamlar 

tədricən  öz  davranış  və  hərəkətlərini  həmin  qaydalara  uyğunlaşdırmağa  alışdılar. 

Onlar  öz  davranış  və  rəftarlarında  nəyin  yaxşı,  nəyin  pis  olduğunu,  xeyir  və  şər 

kateqoriyalarına əsasən qiymətləndirirdilər. Cəmiyyətdə siniflər meydana gəlməyə 

başladı.  Siniflər  arasındakı  mübarizədə  əxlaq  normaları  da  sinfi  səciyyə  kəsb 

etməyə  başladı.  Əxlaq  normaları  bu  və  ya  digər  sinfin  ictimai  və  iqtisadi 

vəziyyətini müvafiq sinfi təmsil  edən  şəxslərin  mənafeyini  ifadə  edən  adətə 



çevrildi.  Sinifli  cəmiyyətdə  hakim  sinif  öz  ağalığını  məzlumlara,  onlara  tabe 

olanlara, başqa sözlə, məhkum sinfə diqtə etmək üçün əxlaqa üz tutdu. Odur ki, 

hakim sinif özünün fəlsəfi  –  etik  nəzəriyyəsini  işləyib  hazırlayarkən,  onun 

məzmununu öz mənafeyinə xidmət göstərməyə istiqamətləndirdi. Hakim siniflərin 

ideoloqları  öz  siniflərinin  məqsəd  və  maraqlarına  cavab  verən  əxlaq təlimləri 

meydana gətirmişlər.  

Cəmiyyətin iqtisadi həyatında gedən dəyişikliklərlə bağiı ictimai şüur forması olan 

əxlaq da dəyişərək, yeni məzmun daşımağa başlamışdır. Fəlsəfi təlimlər tarixinin 

inkişafına nəzər salsaq, görərik ki, əxlaq təlimi də onunla bərabər inkişaf etmişdir. 

Dəyişilməyən əxlaq yoxdur, zahiri cəhətdən daimi görünə bilən əxlaq qaydaları da 

müxtəlif  dövrlərdə  dəyişmişdir.  Bu  da  təbiidir.  Əxlaq  normalarının  əsası 

dəyişdikcə,  onun  özündə  də  labüd  dəyişikliklər  baş  verir.  Başqa  sözlə,  cəmiyyət 

inkişaf etdikcə, əxlaq yeni forma alaraq, özünün əvvəlki məzmununu itirir.  

İstismarın  hökm  sürdüyü  cəmiyyətlərdə  əxlaqın  başlıca  məqsədi  başqalarını 

istismar  etmək,  varlanmaq  hərisliyi,  digərini  əsarət,  zülm  altında  saxlamaqdır. 

Hakim  sinif  öz  istəyinə  çatmaq üçün hər  cür  zorakılığa  əl  atır.  Belə  insanlar  öz 

mənafe və maraqları üçün bir – birilə mübarizə edir, əxlaqın əsasında rəqabət və 

düşmənçilik  dayanır.  Bu  əxlaqa  görə,  insanı  pulla  alıb  –  satmaq,  susdurmaq,  ələ 

almaq mümkündür. 

Əxlaq  insanların  cəmiyyətə,  dövlətə  və  bir  –  birlərinə  olan  münasibətlərini 

tənzimləyir.  

Siniflərin  mövcud  olduğu  cəmiyyətdə  əxlaq  müvafiq  sinfin  iqtisadi,  ictimai 

vəziyyətini, məqsəd  və  maraqlarını  özündə  əks  etdirən  davranış  qaydalarının, 

prinsip və normalarının murəkkəb sistemidir.  

İdealist  mövqedə  dayananlar  iddia  edirlər  ki,  əxlaq  normaları  konkret  şəraitdən 

asılıdır  və  onlar  tarixi  şəraitə  əsasən muəyyən  olunur.  Belələrinin  qənaətincə, 

əxlaq,  meydana  gətirən  tarixdənkənar  fövqəladə  qüvvə,  mücərrəd  mənlik  şüuru 

mütləq zəkadır.  Başqa  sözlə,  əxlaq  normaları  Allah  –  təalanın  hökmündən  əxz 

edilir.  Əslində  isə  əxlaq  normaları  konkret  tarixi  şəraitlə  əlaqədardır.  Onun 

cəmiyyətdən, həyatdan kənarda mövcud oiması, sadəcə qeyri – mümkündür. 

Əxlaq normaları, qaydaları nə vaxtdan meydana gəlmişdir? – Gəlin belə bir suala 

cavab tapaq: Bu sualın cavabı belədir: İnsan cəmiyyəti yarandığı zamandan.  

İbtidai  cəmiyyətdə  icma  prosesində  getdikcə  insanların  qəbiləyə,  icmaya,  bir  – 

birinə,  kişilərin  qadınlara,  qadınların  kişilərə, ata –  anaların  öz  uşaqlarına, 

uşaqların valideynlərinə münasibətləri əmələ gəlirdi. Tədricən həmin münasibətlər 

icma,  qəbilə  üzvləri  tərəfindən qəbul  edilən  davranış  normalarının  ifadəçisi kimi 

özünü göstərirdi. Nəticədə əxlaq meydana gətirdi.  



Müstəqillik  qazandığımız  bir  dövrdə  ölkəmizin vətəndaşlarını,  o  cümlədən 

böyüməkdə olan nəsli milli əxlaqımızın tələblərini əsas götürməklə tərbiyə etmək 

müstəsna  dərəcədə  böyük  əhəmiyyət  daşıyır.  Milli  əxlaqımızın  prinsiplərini  elə 

təbliğ və tətbiq etməyimiz lazımdır ki, oniar hər bir şəxsin davranış və rəftarında, 

adətlərində, qarşılıqlı münasibətlərində, ünsiyyət tərzində möhkəm yer tutsun. 

“Milli  əxlaq və  ailə  etikası”  kursunun  məqsədi  milli  əxlaqımızı,  onun  tələblərini 

əsas götürməklə şəxsiyyətdə özünütərbiyə tələbatları yaratmaqdan, ailə etikasının 

tələblərindən  irəli  gələn, nikaha və  ailəyə, ailə  münasibətlərinə,  uşaqların 

tərbiyəsinə və təhsilinə, vətənin ləyaqətli vətəndaşları kimi yetişdirllməsinə ciddi 

və məsuliyyətli yanaşmaq adəti (formalaşdırmaq, nikahın uğurlu, ailənin möhkəm 

olmasına,  ailədə  qarşılıqlı  münasibətlərin  qurulmasına  nail  olmaqdan  ibarətdir) 

formalaşdırmaqdan ibarətdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin