2.Milli əxlaq və ailə etikası
Cəmiyyətin mənəviyyatı xeyli dərəcədə ailələrdən asılıdır. Ailə cəmiyyətin
özəyidir. Ona görə də dövlət maraqlıdır ki, ailə möhkəm, nikah uğurlu olsun,
ailədə uşaqlar düzgün tərbiyə alsınlar. Bu da təbiidir. Ailədə tərbiyə olunmuş
gənciər sabah cəmiyyətdə fəaliyyət göstərəcək, təhsil alacaq, müxtəlif vəzifələr
tutacaqlar. Onlar mənəviyyatca nə qədər sağiam olsalar, cəmiyyətin dayaqları bir o
qədər sağiam olar. Deməli, cəmiyyətin, dövlətin möhkəmliyi, qüdrətli olması xeyli
dərəcədə ailələrin möhkəmliyindən, bu ailədəki mənəvi və psixoloji iqlimin
sağlamlığından çox asılıdır. Ər və arvadın bir – birinə qarşılıqlı məhəbbəti, bir –
birini qarşılıqlı anlaması, səmimiyyət, birinin digərinin sevincinə, kədərinə şərik
olması, qarşılıqlı kömək, bir – birinin sağlamlığı qayğısına qalması, eyni zamanda
öz övladlarını sevməkləri, valideynlər və uşaqlar arasında qarşılıqlı anlama
şəraitlnin oiması, atalar analarını öz uşaqlarına, uşaqların öz valideynlərinə hörməti
və onların nüfuzunu qorumaqları ailənin mənəvi əsasını təşkil edir. Ailənin hər bir
üzvü ailənin şərəfini qorumalı, onu nümunəvi ailə kimi tanıtmalıdır. Ailədə kişi bir
ər və ata kimi məsuliyyət daşıyır və mənəvi borca malikdir. Kişinin öz həyat
yoldaşına xeyirxah münasibətindən danışan V.Q.Belinski yazırdı: “Arvad bizim
məşuqəmiz deyil, dostumuzdur, həyat yoldaşımızdır. Ona görə də, lap qocalıb qarı
oiduqda da, biz onu sevməli və ona hörmət etməliyik”.
Məhz belə səmimi münasibət, qarşılıqlı məsuliyyət hissi hökm sürdükdə ailə öz
vəzifələrini uğurla həyata keçirə bilir. Qadının da bir həyat yoldaşı kimi və ana
kimi öz borcu, məsuliyyəti vardır. Ailədə “mən” hissi “ biz” hissinə çevrilməlidir.
Ailə dövlətin himayəsi altındadır. Hazırda cəmiyyətimizdə, ailədə mənəvi
münasibətlərin yeni tipi formalaşmışdır. Ailənin əsaslandığı ən mühüm prinsiplər
kimi, məhəbbət, borc, qarşılıqlı anlama və hörmət, ata – anaların öz övladlarının
qayğısına qalması və onların tərbiyəsinə fikir verməsidir. Ölkəmizdə əksər ailələr
niyyətə, mənafeyə görə deyil, qarşılıqlı məhəbbət əsasında qurulur. Valideynlərin
arasındakı qarşılıqlı hörmət və səmimiyyət eyni zamanda uşaqlar üçün ən
nümunəvi tərbiyə məktəbinə çevrilir. Biz göstərdik ki, ailə gənclərin qarşılıqlı
sevgisi əsasında qurulur. Lakin gəlin etiraf edək ki, ailənin möhkəm olması üçün
təkcə məhəbbət kifayət deyil. Mümkündür ki, maddi mülahizə əsasında qurulan
ailə məhəbbətə görə yaradılan ailədən daha uğurlu və möhkəm olsun. Maddi
çətinliklər, xarakterlərin, temperament tiplərinin fərqli olması, məqamların,
mənafelərin uyğun gəlməməsi, hövsələsizlik, kənar şəxslərin ailənin işlərinə
qarışması ər – arvadın məhəbbətini soyuda bilər. Əlbətə, bu məhəbbət güclü,
möhkəm deyilsə. Məhəbbət bir – biri qarşısında borc və məsuliyyət daşımaqla sıx
bağlıdır. Ər – arvadlıq və ailə borcu çox mühüm mənəvi sərvətdir. Valideynlər
oğullarına həyat yoldaşı axtaranda qızın ailəsinə mənəvi dəyərlər baxımından
yanaşır. Onun ata – anasının, bacı – qardaşının ailədə, cəmiyyətdə işdə mövqeyi
necədir, tərbiyələri necədir? Qıza elçi gedəndə də oğlan evi bu barədə məlumat
toplayırlar. Bu da təbiidir. Valideynlər qızlarının necə bir ailədə yaşayacağını, bu
ailədə qarşılıqlı münasibətlərin əxlaqnormalarına uyğun qurulub – qurulmadığını
bilmək istəyirlər. Ailədə xoş, səmimi münasibətlər bu və ya digər problemlə bağlı
ər və arvadın bir – biri ilə məsləhətləşməsi, lazım gələrsə, ailənin digrə üzvlərinin,
oğlanların və qızların, baba və nənənin fikrini öyrənmək, ailənin mənəvi
dayaqlarını möhkəmləndirir. Ailədə mənəvi atmosferin uğurlu olması bizim hər
birimizdən asılıdır.
Qarşılıqlı münasibətlər düzgün qurulsa, problem baş qaldırmır. Mürəkkəb ailə
şəraitində əlavə problemlər ortaya çıxır. Ər – arvad və uşaqlardan savayı, ailədə
baba – nənə, kişinin qardaşı və bacıları olur. Burada qarşılıqlı münasibətlərin
qurulması müəyyən çətinliklərlə müşayiət olunur. Bədii ədəbiyyatdan və həyat
təcrübəsindən görünür ki, qayınata – gəlin münasibətləri gəlin – qayınana
münasibətlərinə nisbətən ixtilafsız ötüşür. Qayınata hətta, bir çox hallarda gəlinin
müdafiəsində dayanır. Gəlin – qayınana münasibətləri həmişə söhbət mövzusu
olmuşdur. Diqqət yetirək: “Gəlin mənim süpürgəmdir, harda qoysam durmalıdır.
“Yanan anadır, yeyən qayınana”. “Gəlinin dini yox, qayınananın imanı” və s.
Ailə ixtilafları ər – arvad münasibətlərinin düzgün qurulmaması nəticəsində baş
verir. Ona görə də boşanmanın səbəblərini aydınlaşdırmaq üçün hər şeydən əvvəl
ər – arvad münasibətləri də özünü büruzə verən nöqsanları aşkara çıxarmaq
lazımdır. Hər ailədə söz – söhbət var. Ancaq yaxşı olar ki, bu mübahisəni həmin
şəxslərin özləri həll etsinlər. Boşanma əsl faciədir. Çox maraqlıdır ki, boşanmanın
nəticələrini təkcə mütəxəssislər, sosioloqlar və demoqraflar, psixoloqlar və
pedaqoqlar, həkimlər və başqaları, belə qiymətləndirmir, boşananların özləri də
sonralar onun həm ər və arvad, həm də uşaqlar üçün faciə olduğunu anlaya,
övladlarının sual dolu baxışlarına cavab verə bilmir, səhv addım atdıqlarını, öz
əlləri ilə evlərini, isti yuvalarını dağıtdıqlarını, uşaqları çətin vəziyyətə saldıqlarını
çox zaman etiraf edirlər. Lakin bir də görürsən ahəngdarlıq nə evdə, nə də işdə
alınır. Xoşumuza gəlmədikdə iş yerini dəyişirik, mebeli bəyənmədikdə başqasını
alırıq. Mənzili də dəyişmək mümkündür. Lakin atanın yersiz ciddiliyi, sərtliyi,
kobuluğu, ananın hövsələsizliyi, deyingənliyi nə qədər həddini aşsa da, öz
valideynlərini dəyişmək heç kimin ağlına gəlmir. Çünki dünyaya göz açmağımız
üçün məhz bu iki nəfərə borcluyuq.