4.Avestada əxlaq məsələləri
“Avesta” xalq ədəbiyyatında və klassik ədəbiyyatda mifoloji axının başlıca
qaynaqlarından sayılır. Bu müqəddəs kitab eramızdan VII əsr əvvəl meydana
çıxmışdır. Onun müəllifi zərdüşt peygəmbərdir.
Zərdüşt peyğəmbərin dini ideyaları, insanların qarşılıqlı münasibətlərinə dair
fikirlər “Avesta” nı meydana gətirmişdir.
Yaxın və Orta Şərqdə böyük şöhrət qazanmış “Avesta” da xalq müdrikliyi, insan
mənəviyyatının saflaşmasına dair fikirlər özünün dolğun ifadəsini tapmışdır. Bu
kitabda xeyir və şər qüvvələri qarşılaşdırılır. Şəxsiyyətin həyatında bu
qüvvələr necə bir rol oynadığına aydınlıq gətirilir.
Zərdüşt peyğəmbərin düzgün qənaətinə görə, hər bir şəxs yaxşı nitqə, yaxşı
düşünməyə və yaxşı hərəkətlər etməyə borcludur. “Avesta” da tərbiyə insan üçün
zəruri bilinən ən mühüm həyati tələbat kimi nəzərdən keçirilir və hamının
tərbiyəyə möhtac olduğu və cəmiyyətin hər bir üzvünə ədəb - ərkan, yaxşı adətlər,
davranış və rəftar tərzi öyrədilməsi vacib bilinir.
Kitabda təhsilin rolu da yüksək qiymətləndirilmişdir. “Avesta” da dini tərbiyə,
mənəvi tərbiyə, əmək tərbiyəsi və fiziki tərbiyə diqqət mərkəzində dayanmışdır.
Dini tərbiyəyə 7 yaşdan etibarən başlamaq məqsədəuyğun sayılır.
Müqəddəs kitabda fiziki tərbiyənin məqsədi də açıqlanmışdır: uşaqları hərbi işə
hazırlamaq. Burada qılınc çalmaq, ox atmaq, at minmək və s. nəzərdə tutulur.
Bu kitabda aşağıdakı əxlaqi fikirlər təbliğ olunur:
1. Yaxşılıq, xeyirxah işlərlə məşğul olmaq.
2. Əməksevərlik, torpağa bağlılıq.
3. Düzlük və doğruçuluq.
4. Həyatda namusla yaşamaq, ailə həyatında səmimi, vəfalı olmaq.
5. Verilən sözə əməl etmək, əhdə vəfa qılmaq.
6. Sülhsevərlik, müharibəyə nifrət və onun baş tutmasına yol verməmək.
Avestada qəbilələr arasındakı müharibələr pislənir, talan və qırğınlara son qoymaq
tələbi irəli sürülür. Bu barədə Zərdüşt peyğəmbər deyirdi: “Mən müharibəni rədd
edib, silahı bir yana tullamaq istəyən Məzda dininə inanıram.”
Avestada ailəyə ciddi münasibətin formalaşması məsələləri xüsusilə diqqət
mərkəzində dayanmışdır. Müqəddəs kitabda daimi oturaq məskənlər yaratmaq,
oturaq həyat şəraitində ömür sürmək və s. məsələlərdən söz açılır.
Kitabda torpaq insana müraciətlə deyir ki, ondan hər vəchlə istifadə etsin, zəhmətə
qatlaşıb onu layiqincə becərsin. Əvəzində bol məhsul alar.
Zərdüşt nikah münasibətinə girməyə hazırlaşan gənclərə üzünü tutaraq onları
ədəbli – kamallı olmağa, davranış qaydalarına riayət etməyə və bir – birinin
hörmətini saxlamağa çağırır.
Avestada namus, ismət və bakirəlik qadın üçün çox mühüm keyfiyyət kimi
dəyərlənidirlir. Zərdüşt məkr və yalanla nəfəs alan şəxslərə qarşı çıxırdı. O
insanları belələri ilə mübarizə aparmağa çağırır və deyirdi: pis fikirli adam
günəşin adını da pisliyə çəkər. Ey fikri, dili və əməli yaxşı olmayan. Əmin olun
ki, elədiyin hər bir yamanlıq özünə qayıdacaqdır.
Kitabda həmçinin alimlərin əməyinə yüksək qiymət verilir. Alimlə cahil arasında
fərq qoymaq, elmlə məşğul olanlara hörmətlə yanaşmaq məsləhət görülür.
Zərdüştün diqqət yetirdiyi məsələlərdən biri də müəllim şəxsiyyətidir. O, yaxşı və
pis müəllimi qarşılaşdırır, öz biliyi, davranışı ilə fərqlənən müəllimləri hörmətlə
yad edir. Savadsız, nəzəri və metodik hazırlığa, pedaqoji ustalığa malik olmayan
müəllimi isə şagird üçün arzuolunmaz hesab edir.
Avestada tərbiyənin roluna yüksək qiymət verilir. Zərdüşt peyğəmbərə görə tərbiyə
həyatın ən zəruri sutunu hesab edilməli, hər kəsi elə tərbiyə etmək lazımdır ki, o,
oxumağı, yazmağı bacarmaqla yüksək pilləyə qalxa bilsin.
Müqəddəs kitabda əxlaq maddi və mənəvi nəzəriyyə kiminəzərdən keçirilir.
“Avesta” dakı mənəviyyatla, insanın mənəvi aləmi, davranışı, rəftarı ilə əlaqədar
ideyalar öz qidasını xeyirxah fikir, xeyirxah əməllərdən götürür. Zərdüşt
insanların bir – biri ilə səmimi, mehriban münasibətdə olmalarını arzulayır. O,
dostluğa yüksək qiymət verir, eyni zamanda həqiqi dostluğun şərtlərinə
toxunurdu.
Avestada irəli sürülən ibrətamiz fikirlər, Zərdüşt peyğəmbərin öyüd və nəsihətləri
hazırda öz əhəmiyyətini və dəyərini saxlayır və gənc nəslin tərbiyəsində qüdrətli
vasitəyə çevrilir.
Dostları ilə paylaş: