1. Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi


İslam dinində əxlaqi təlimin mahiyyəti



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/13
tarix23.03.2022
ölçüsü0,68 Mb.
#114942
1   2   3   4   5   6   7   8   9   ...   13
milli exlaq 60s pdf

 


                      5.İslam dinində əxlaqi təlimin mahiyyəti 

 

İslam dini barış dini hesab olunur. Dilimizin mövqeyi belədir: “Bədən həbs edilə 

bilər, amma ruh azaddır”. 

Dünyanın  bir  çox  dərin təfəkkür,  zəka  sahibləri, hətta  xristian  dininə  mənsub 

mütəfəkkirlər  islamın  xristian  dinindən  daha  mütərəqqi  olduğu  qənaətinə 

gəlmişdilər. 

İslam  dini  elmin  bir  çox  sahələrini  –  fəlsəfə, siyasət,  hüquq,  məntiq  və  s. 

birləşdirir.  İslam  dininin  özüllərinin,  xüsusiyyəti  də  “Qurani  –  Kərim”  və 

peyğəmbərimiz həzrəti Məhəmmədin  hədislərinin zəngin tərbiyəedici  imkanları 

vardır.  O, həyatda yaxşı işlər görməyi, xoş əməllər etməyi tələb edirdi.  

Bu bir həqiqətdir ki, əməli saleh adamların oturuşu – duruşu da yaxşı olur, onlar 

pis  əməllərə  meyl  etmirlər.  Nəticədə  ailədə,  iş  yerində,  cəmiyyətdə  nüfuz 

qazanırlar. 

Quranda  ailənin  dağılmasına  pis  hal  kimi  baxılır.  Nikahın  pozulması  xatirinə 

kişilərə öz fikrindən daşınmaq tövsiyə olunur. 

Quran  insanların  hərəkətini  vəziyyətə,  konkret  şəraitə  görə  qiymətləndirməyi  və 

bunlara  müvafiq  tədbir  görməyi  tövsiyə  edir.  Belə  ki,  borc  almış  şəxsi 

darıxdırmaq məsləhət bilinmir.  

Məhəmməd  Peyğəmbərin hədislərinin tərbiyəedici  imkanları  da  genişdir.  Həzrəti 

Məhəmməd  əleyhissalam,  hər  şeydən  əvvəl  beşikdən qəbrədək  elm  öyrənməyi 

tövsiyə edirdi. Alimlər cəmiyyətimizin hazırkı mərhələsində həmin fikri müdafiə 

edirlər.  Peyğəmbər  elmə  yiyələnməyi istər  kişi,  istərsə  də  qadın  üçün  vacib 

sayırdı. Özü də Peyğəmbər avam, savadsız və cahil mollaların dediyinin əksinə 

olaraq  elmi  ibadətdən  üstün  tutur  və  deyirdi:  Bir  saat  elm  öyrənmək  60  illik 

ibadətdən xeyirlidir. Peyğəmbər təhsilə kiçik yaşlardan başlamağı düzgün hesab 

edir,  uşaqlıqdan  öyrənilən  elmi  daş  üstündə  yazıya,  müəyyən  yaş  həddinə 

çatdıqdan sonra öyrənilən isə su üstündə yazıya bənzədirdi. Bunu belə anlamaq 

olar  ki,  daş  üstündə  yazı  pozulmazdır,  su  üzərində  isə  tez  bir  zamanda  çəkilib 

gedir. 

İnsanın  təşəkkül  tapıb  formalaşmasından  danışarkən  peyğəmbər tərbiyəyə  birinci 

dərəcəli  əhəmiyyət  verirdi.  “Heç  bir  ata  öz  övladına  gözəl  tərbiyədən qiymətli 

hədiyyə  verə  bilməz”  O,  valideynlərə  və  böyüklərə  hörmət etməyi  yüksək 

qiymətləndirirdi.  

Bütün  bunlarla  yanaşı,  gənclərə  vaxtında  ailə  qurmaq,  böyüyün  –  kiçiyin yerini 

bilmək, xüsusilə qız uşaqlarının tərbiyəsi qayğısına qalmaq tövsiyə edirdi. 

Hədislərdə həyalı və namuslu olmaq mühüm mənəvi keyfiyyət kimi irəli sürülür. 

Bunun səbəbi isə belə aydınlaşdırılır: Həyalı və namuslu olun ki, qadınlarınız da 

həyalı olsun.  

 Buradan  belə  nəticə  çıxır  ki,  bəzən  qadının  həyatda,  məişətdə  özünü  necə 

aparması kişidən çox asılıdır.  




Məhəmməd  peyğəmbər gəncləri  qocalara  hörmət bəsləməyə,  onların  öyüd  – 

nəsihətlərini  eşitməyə  çağırırdı.  Həqiqətən,  böyüklərin məsləhəti  ilə  iş  görmək 

adamı xoşbəxtliyə çağırar. 

Savab işdən söz açılarkən ehtiram və qohumlara mərhəmət göstərilməsi, şər əməl 

kimi  zülm  və  qohumluq  tellərinin  qırılması  xatırladılır.  Peyğəmbər  qohumluğu 

yaxın adamlar arasında sevgi və uzun ömür sayırdı. 

Hədislərdə insanları incidən onları əzab - əziyyət və iztirab çəkməyə vadar edən 

şəxslər  pislənir  və  belələrinin  əvvəl  –  axır  öz  cəzalarına  çatacaqları  göstərilir. 

Peyğəmbər fikri – zikri sərvət toplamaq olan şəxsləri tənqid atəşinə tutur, onları 

ağılsız hesab edir. Ölüm haqdır. İnsan dünyadan köçəndə özü ilə heç nə aparmır.  

Məhəmməd  peyğmbər  tamahkar,  gözü  onun  –  bunun  əlində  olan,  tənbəl  və 

yatağan, arsız və düşük şəxsləri lənətlə damğalayırdı. Bunun əsası vardı. Axı belə 

bir adamdan xeyirdən çox ziyan dəyər. Onlar ailənin də, cəmiyyətin də boynunda 

yükdür. Ona görə də peyğəmbər mənəviyyatı məhv edən  mühitdən narahatlıqla 

söz açırdı.  

Həzrəti Məhəmməd  insanlarda  vətənpərvərlik  hissini  yüksək qiymətləndirirdi. 

Həm də vətənə sevgini sözdə deyil, əməldə görürdü.  

Hədislərdə  qonşuluq  münasibətlərinə  də  toxunulur,  qonşunun  xeyir  –  şərindən 

vaxtında  xəbər  tutmağın,  qonşu  ilə  mehriban  dolanmağın  zəruriliyindən  söz 

açırdı. 


Peyğəmbər həsəd,  paxıllıq  haqqında  dediyi  sözlərdə  maraq  doğurur.  “Od  ağacı 

yandırıb yediyi kimi, həsəd də yaxşılığı yeyər”. 

Həzrəti Məhəmməd  mərhəmət  və  yaxşılıq  haqqında  söz  açarkən məzlumlara  əl 

tutmağın  vacibliyini  göstərir.  Qeyd  edir  ki,  Allahın  ən  çox  sevdiyi  ev  yetimə 

hörmət bəslənilən evdir. Həmçinin belə bir ideya irəli sürülür ki, mərhəmət edənə 

Allah da mərhəmət edər. 

Peyğəmbərimiz mənəviyyat,  davranış,  rəftar  və  ədəb  qaydalarına  xüsusi  diqqət 

yetirirdi. 

O,  insanlara  tədbirli  olmağı,  bir  iş  görmək istəyəndə  həmin  işin  nəticəsini 

düşünməyi məsləhət bilirdi. O, vətənpərvərliyi xüsusilə yüksək qiymətləndirirdi. 

Məlum  olduğu  kimi,  şəxsiyyətin təşəkkül  tapıb  formalaşmasında  irsiyyətin, 

tərbiyənin  və  sosial  mühitin  rolu  böyükdür.  Alimlər neçə  əsrlərdir  ki,  bu  üç 

amildən birinə  üstünlük  verirlər.  Bu  məsələyə  Həzrəti  Əli  də  öz  münasibətini 

bildirmişdir.  O,  hər  üç  amilin  rolunu  yüksək qiymətləndirirdi.  Əsrlər  keçmiş, 

bəşəriyyətin  tarixində  köklü  dəyişikliklər  olmuşdur.  Əxlaq  inkişaf  etmiş,  forma 

və  məzmunca  dəyişmişdir.  Hər  dövrün  öz  hökmü  vardır.  Təlim  –  tərbiyəyə  də 

yeni nəzərlərlə  baxılır.  Lakin  ötən  əsrlərdə  Məhəmməd  peyğəmbərin, Həzrəti 

Əlinin tərbiyəvi fikirlərinin önəmi heç də azalmamışdır.  

 

 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin