1. Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi


“Kitabi – Dədə--Qorqud” da tərbiyə məsələləri



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə6/13
tarix23.03.2022
ölçüsü0,68 Mb.
#114942
1   2   3   4   5   6   7   8   9   ...   13
milli exlaq 60s pdf

 


                 6.“Kitabi – Dədə--Qorqud” da tərbiyə məsələləri 

 

Türkdilli xalqların bədii təfəkkürünün ən dəyərli məhsulu və ədəbiyyatımızın şah 

əsəri olan “Kitabi – Dədə Qorqud” dastanı əsrlər ötsə də öz təravətini itirməmiş, 

həmişəyaşar və mükəmməl bir abidə kimi nəsillərin həyat yoluna işıq saçmış və 

saçmaqdadır.  

Şifahi  və  yazılı  ədəbiyyatımızın  öncülü və  şah  damarı  olan  bu  sənət  abidəsi soy 

kökümüzün sıx tellərlə bağlı olduğu qədim türklərin, oğuzların adət və ənənəsini, 

məişətini və s. parlaq boyalarla əks etdirir.  

Dastanda mənəvi sərvətlər, ailə tərbiyəsi qırmızı xətlə keçir, ayrı – ayrı hadisələr 

əks  olunur.  Bu  bir  həqiqətdir  ki,  insanın  necə  təşəkkül  tapacağı,  onun  həyatda 

hansı mövqe tutacağıaldığı tərbiyədən, ata – anaların, valideynlik vəzifələrini nə 

şəkildə  yerinə  yetirmələrindən  çox  asılıdır.  Bu  mənada  oğuzlar  öz  övladlarını 

yersiz əzizləmir, onları çətinliklərə, bərkə - boşa salırlar ki, igid, çevik olsun. 

Uşaq müəyyən yaş həddinə dolub özünü təsdiq edənə qədər ona ad qoyulmurdu. 

Həm də göstərdiyi hünərin, cəsarət və qabiliyyətin müqabilində oğlana, qıza ad 

verilirdi. Bunun böyük  tərbiyəvi əhəmiyyəti  vardı. Uşağı tənbəllikdən qoruyur, 

ona cəsurluq, çeviklik aşılayırdı. Dirsə xanın oğlu üç kişinin sağ və üç kişinin sol 

yanından  tutaraq  meydana gətirdiyi  dəmir zəncirli  buğanı  alnına  çəpəgi bir 

yumruq  vurmaqla  yerə  sərib  başını  kəsdikdən  sonra  ona  “Burğac”  adı  verildi. 

Başqa sözlə, o öz hünəri ilə bu adı qazanır. 

Həmin  boyda  tərbiyənin  metodlarının  bilavasitə  adı  çəkilməsə  də, tərbiyənin 

həvəsləndirmə  metoduna  toxunulur.  Yaxşı  əməlinə  görə  övladına 

mükafatlandırılması lazım bilinir. 

Ümumiyyətlə  götürdükdə,  dastanda  tərbiyə  məsələlərinin  qoyuluşunu  bir  neçə 

istiqamətdə  araşdırmaq  mümkündür.  Burada  tərbiyənin  metodlarına  münasibət 

bildirilir, həm qızların, həm dı oğlanların mənəvi keyfiyyətlərə yiyələnmələrində 

valideynlərin, ətrafdakıların şəxsi nümunəsi məsələsinə toxunur. 

Diqqət  ailədə  ər  və  arvad  arasında  qarşılıqlı  hörmətin,  anlama,  səmimiyyət  və 

mehribanlığın  mövcud  olması  zərurətinə  yönəldilir.  Qadın  kobudluğu  xoşlamır, 

gül  ləçəyi kimi zərif  və  incə  olduğundan  onunla  xoş  davranmalı,  ona  daim 

hörmət,  mehribanlıq  göstərilməlidir.  Təsadüfi  deyildir  ki,  ulu  babalarımızın 

qiymətli  mirası  olan  “Kitabi  –  Dədə  Qorqud”  dastanında  qadına  sevgi,  onun 

qayğısına qalmaq vacib tələb kimi irəli sürülür.  

Ər – arvad arasında səmimiyyətin, xoş ünsiyyətin olması ona görə vacibdir ki, bu 

bir tərəfdən ailədə müsbət mənəvi və psixoloji iqlimin yaranmasına imkan verir, 

ikinci tərəfdən uşaqların düzgün tərbiyəsindən ötrü əlverişli şərait yaranır. 

Dastanda  Qorqud  Dədə  yaxşı,  ləyaqətli,  həyalı,  ədəbli,  qayğıkeş  qadını  ailənin 

dayağı hesab edir. Abır – həyasını itirmiş, ipə - sapa yatmayan qadını ər üçün, 

ailə üçün ləkə hesab edir. 

Ailənin  şərəfini  qorumaq  ailənin  bütün  üzvlərinin  müqəddəs  borcu,  vəzifəsidir. 

Türk dünyasında, Azərbaycan xalqında bu hiss son dərəcə güclüdür. 



“Kitabi – Dədə Qorqud” dastanı gənc nəsildə ailə şərəfi, kişi qeyrəti, qızlıq qüruru, 

qadın  ləyaqəti  və  s.  bu  kimi  məsələlər barədə  aydın  təsəvvür  yaratmaq  və  bu 

müqəddəs keyfiyyətlərə yiyələnmək üçün zəngin material verir. 

Xalqımızda  ailəyə,  övlada  bağlılıq,  qadının  isməti  üçün  cavabdehlik  hissi 

qüvvətlidir.  Məhz bunun nəticəsində  ölüm  təhlükəsiz  də  bir ata, bir ər kimi 

kişiləri, bir övlad, bir qardaş və nişanlı kimi bu cavanları qorxutmur. 

Uşaqların  ailə  həyatına  hazırlanması  məsələlərinin  dastanda  qoyuluşu  da 

diqqətəlayiqdir. Gənclər ailə qurmamışdan əvvəl gələcək ailə sahibləri kimi bir – 

birini sınayır, bir – birinin xasiyyətinə, hünərinə bələd olurlar. 

Dastanda oğlan və qıza ömür – gün yoldaşı seçməkdə müstəqillik verilir. Deməli, 

ailə  qurarkən  maddi  mülahizələr  deyil,  azad  sevgi,  məhəbbət  başlıca  yer  tutur. 

Lakin ağ saqqal, valideyn məsləhəti də nəzərə alınırdı. 

“Kitabi – Dədə Qorqud” dastanında  uşaqlar arasında münasibətlərdə səmimiyyət, 

mehribanlıq,  birinin  digərinin  taleyi  üçün  narahat  olmaq  hissləri  öz  əksini 

tapmışdır. 

Böyük sənət abidəsi, dərin, müdrik təfəkkürün məhsulu olan “Kitabi Dədə 

Qorqud”  dastanının  yarandığı  vaxtdan  1300  ildən  artıq  bir zaman keçir. Lakin 

buna baxmayaraq, o, hələ də öz dəyərini itirməmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin