Müəssisələrin və əsasən də müəssisə daxilindəki marektinqin əsas diqqətə alması lazım olduğu mühit mikro mühitdir. Mikro mühitə bəzən rəqabət mühiti də söyləyirlər. Mikro mühit müəssisə üçün makro mühitə nisbətən daha yaxın çevrədir. Bu mühitdə aşağıdakı faktorları qeyd etmək lazımdır:
Rəqiblər: Əsasən qazanc məqsədli çalışan bütün müəssisələrin rəqibləri vardır. Marketinqin işi bu rəqibləri yaxşı izləmək və analiz etməkdir.
Tədarükçülər: Tədarükçülər bazarda, sektorda önəmli rola sahibdirlər. Müəssisələri müxtəlif xammal, hansısa məhsul ilə təmin edən tədarükçülərdir. Gücləri bəzən elə çox ola bilirki, bazarda qiymət dəyişiminə belə nəzarət edə bilirlər. Bunun üçün marketinqin vəzifələrindən biri də tədarükçüləri izləməlidirlər.
Vasitəçilər: İstehsalçı ilə satıcı və ya müşətirlər arasında toptan satış edənlər və pərakəndə satış edənlər vardırki bunlar da bazarda, sektorda böyük gücə sahibdirlər.
Müştərilər: müştərilər seçim edən tərəf olduqları üçün onların nəyi, niyə seçdikləri çox önəmlidir. Bunun üçün daima müştərilər araşdırılmalı, daima analiz edilməli və loyallığı artırmaq üçün lazımı addımlar atılmalıdır.
İctimaiyyət: İctimaiyyətin daxilində müştərilərdən əlavə olaraq digər insanlar, rəqib olmayan digər təşkilat və qrumlar, dövlət qurumları və s. yer almaqdadır. Müəssisələr daima müştərilərindən əlavə olaraq potensial müştəriləri də cəlb etmək istəyindədirlər. İctimaiyyətdəki gücünü artıraraq özlərini inkişaf etdirən müəssisələr hər zaman öndə olmağı bacaracaqdırlar. Elə bunun üçündür ki ictimaiyyət daima marketinqin nəzərində olmalıdır.