1. M lki m dafi tibb xidm tinin t kili Qurulu u v yaranmas p
8. Çıxıqlar, növləri ilk tibbi yardm. Zədədən və ya hər hansı bir patoloji prosesdən sonra oynaqdakı sümüklərdən birinin oynaq səthinə münasib möhkəm vəziyyətdə yerdəyişməsinə çıxıq deyilir. Oynaqda əsasən iki, bəzən isə üç sümük iştirak edir. Çıxığın adı oynaqdan periferiyaya doğru yerləşən sümüyün adı ilə (məsələn, budun, bazunun çıxığı) adlanır, çünki həmin periferiyadakı sümüyün başı oynaqdan çıxaraq yerini dəyişir.
Çıxıqlar tam, yəni oynaq başı oynaq çuxurundan tamamilə önə , arxaya və başqa istiqamətə doğru yerini dəyişir və natamam, yəni oynaq başı oynaq çuxurundan hissəvi çıxaraq, yerini bir az, yaxud qismən dəyişir. Ən çox çıxıqların növü travmatik çıxıqlardır (90%), daha az patoloji çıxıqlardır. Anadangəlmə çıxıqlarda müşahidə edilir.
Çıxıqlar bir neçə уеrə bölünür: vaxta görə - yeni çıxıq (1-3 günə qədər), yeni olmayan çıxıq (3-4 həftəyə qədər), köhnəlmiş çıxıq (4-5 həftədən aya və illərə qədər); mənşəyinə görə travmatik, qazanılma, patoloji və anadangəlmə, eyni zamanda adəti və ağrılaşmış çıxıqlar da olur.
1.Travmatik çıxıqlar. Müxtəlif səbəblərdən, məsələn, zədənin düz istiqamətdə bilavasitə oynağın özünə endirilməsi nəticəsində, yıxılarkən ovucun içi уеrə dayaq verildikdə, əzələlərin həddindən artıq gərilməsi, yığılması, oynağın normadan artıq açılmasıdır. Bağların və əzələlərin zəifliyi nəticəsində hər hansı xarici kiçik zədənin təsirindən çıxıq baş verir. Zədənin gücündən asılı olaraq bəzən bağ bağlanan yerindən sümüklə bir yerdə qoparaq qırılır. Daha çox çıxığa yuxarı ətrafda, xüsusən də bazuda daha çox rast gəlinir. Oynaqda hemartroz, sinirlərin sıxılması, əzilməsi hallar da müşahidə edilir.
Çıxıqların əlamətləri olduqca aydın açıqdır:
ağrı çıxığın nəticəsində ətrafın vəziyyətinin dəyişməsini istəyi zamanı daha kəskin güclənməsi;
Oynağın funksiyasının pozulması;
oynağın əvvəlki normal vəziyyətə gətirilməsi zamam müqavimətin olması;
ətrafın məcburi vəziyyəti: Məsələn, çiyin oynağının çıxığı zamanı, zədə almış xəstə qolunu dirsək oynağında bükülmüş bədəndən bir az yana aparılmış vəziyyətdə saxlayır;
oynağın formasının dəyişməsi. Məsələn, bazu oynağında zədə almış xəstəni müayinə etdikdə çiyin oynağnıın dairəvi formasınm itməsi (yastılaşması) və hündürlüyünün əvəzinə çuxurluğun əmələ gəlməsi, ətraf qısa, bəzən uzun olur, qol içəriyə yönəlir, oxu dəyişir;
Oynaqda passiv və aktiv hərəkət olmur, oynağa hərəkət verdikdə "yaylı hərəkət" əlaməti meydana çıxır. Ağrıdan məcburi bükülmüş qolu açmaq istədikdə, xəstə müqavimət göstərərək ağrının təsirindən qolunu daha da artıq bükür;
Ətrafm şişməsi, hissiyatın və zədələnmiş nahiyyənin periferik hissəsində hərəkətlərin pozulması.
Çıxıq zamanı mütləq rentgenoloji müayinə aparılmalıdır, çünki çıxıqla bərabər bəzən həmin sümükdə sınıqda ola bilər. Yadda saxlamaq lazımdır ki, çıxığı yerinə salan zaman bəzən sınıq da baş verə bilər.
2. Patoioji çıxıqlar. Bu növ çıxıqlar sümük - oynaq vərəmi, oynaqda iştirak edən periferik sümüyün osteomiyeliti, artrozlar, oynaq şişləri, oynağın əzələ və bağların polimiyeliti səbəb ola bilərlər.
3. Anadangəlmə çıxıqlar. Əsas səbəb oynaqların dölün ana bətnində inkişafdan qalmasıdır. Hamiləlik dövründə bəzi xarici amillərin təsiri, məsələn, B2 vitaminin çatışmazlığı səbəb ola bilər. Bu çıxıqlar ən çox bud oynaqlarında rast gəlinir, əsasən uşaq yeriməyə başladıqda (9 ayında, 1 yaşında) diaqnoz qoyulur. Əsas əlamətləri: uşaq yeriyərkən axsayır, ətrafı gödək olur, ağrılar baş verir, çaq forması dəyişir. İkitərəfli bud çıxığında uşaq yeriyərkən iki tərəfə əyilə-əyilə, axsayaraq yeriyir. Belə yerişə "qaz yerişi” deyilir.
4. Adəti çıxıqlar. Keçmişdə travmatik çıxığı olan bəzi şəxslərdə kiçik bir hərəkətdən sonra residiv çıxığa, sonralar isə həmin ətrafın hər hansı bir hərəkəti onun tez çıxmasına səbəb olur. Bəzən çıxığı yerinə saldıqdan sonra yenə də çıxır. Belə çıxıqların əmələ gəlməsinin əsas səbəbi oynaqda iştirak edən bağlar, əzələlər oynaq kapsulunun çox zəif olmasıdır.
İlk yardımın göstərilməsi çıxıqlar zamanı şiddətli ağrılarolduğundan dərhal xəstəyə dəri altına ağrıkəsici dərmanlar (pantopon, promedol, morfin) vurmaq, zədələnmiş oynağın üzərinə soyuğun qoyulması, novokain blokadasının tətbiq edilməsidir.
Mütləq zədələnmiş ətrafların immobilizasiyasını etmək lazımdır. Bunun üçün standart nəqliyyat şinalarından, mümkün olmadıqda karton, taxta parça, fiksəedici ləçəkvari sarğıdan, sarğı materialı yoxdursa xəstənin əynindəki köynəyin ətəyini qolunun üstündən qatlayıb yaxasına düymələmək və ya sancaqlamaqla bazu çıxığını fiksə etməklə ilk yardım göstərilməlidir. Açıq çıxıq olarsa bunlarla birlikdə steril sarğı da qoyulur. Böyük əhəmiyyət xəstənin düzgün vəziyyətdə danışmasıdır.
Zədə ocağında çıxığın düzəlməsi qəti qadağandır, çünki:
dəqiq bilinməyir çıxıq həmin oynaqdadır, ya yox;
çıxığın düzəlməsi ağrıkəsici dərmanlarsız şokun inkişafına səbəb ola bilər;
çıxığın salınması ancaq həkim tərəfindən aparılmalıdır.
Hal-hazırda məlum olan bir sıra müalicə üsullarından təcrübədə ən çox Hippokrat - Kuper, Muxin - Mota, Koxer və Canelidze üsullarından geniş istifadə olunur .