olmaması. Bir çox tədqiqatçılar bu strategiyanı problemlərin həlli üçün zərərli hesab edirlər, çünki
o, opponentə öz mənafelərini reallaşdırmaq imkanı vermir.
Əməkdaşlıq münaqişədə ən səmərəli davranış strategiyası hesab olunur. Bu strategiya aşağıdakı
vəziyyətlərdə daha səmərəlidir: opponentlərin güclü qarşılıqlı asılılığı; hər iki tərəf üçün qərarın
vacibliyi; iştirakçıların qərəzsizliyi.
İnteqrasiya dedikdə hər iki tərəfin şərtlərinin yerinə yetirildiyi, özü də onlardan heç birinin ciddi
itkiyə məruz qalmadığı yeni həll yolu başa düşülürdü. Sonralar münaqişənin
həllinin bu üsulu
«əməkdaşlıq» adını aldı.
GAART metodu sosial psixoloq Ç.Ostud tərəfindən təklif olunmuşdur və müxtəlif səviyyəli -
beynəlxalq, qruplararası, şəxsiyyətlərarası münaqişələrin həllində uğurla tətbiq olunur. O,
aşağıdakı qaydaları ehtiva edir:
-münaqişə tərəflərindən birinin münaqişənin kəskinləşməsini dayandırmaq
istəməsi barədə
səmimi, rəsmi bəyanatlar vermək;
- barışdırıcı addımların mütləq həyata keçiriləcəyini izah etmək.
1970-ci ildə Misir prezidenti Ə. Sadatin Yerusəlimə səfər etməsi
GAART metodundan uğurlu
istifadəyə misaldır. Həmin dövrdə Misir və İsrail arasında münasibətlər çox gərgin olduğundan,
səfər qarşılıqlı etimadı yüksəltməyə imkan verdi və danışıqlar üçün zəmin hazırladı.
Dostları ilə paylaş: