1. Münaqişəyə dair elmi baxışların təkamülü



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix18.12.2022
ölçüsü0,55 Mb.
#121376
1   2   3   4   5   6   7   8   9   ...   12
konflikt imtahan kopyası

Hərbi gücün elementləri Hərbi güc anlayışı tarixan şərtləşmişdir, inkişafın müxtəlif mərhələ-
lərində bəzi elementlar birinci plana çıxır, digəriləri ikinci planda olur, və yaxud hamısı öz 
əhəmiyyətini itirirdi . Dövlətin hərbi gücü təşkil edən elementləri nəzərdən keçirərkən, onları üç 
qrupa bölmək məqsədə uyğundur: dövlətin sərəncamında olan insan və təbii resurslar, istehsal 
qüvvələrinin, texnologiyaların inkişaf səviyyəsi, cəmiyyətin sosial və sosial - siyasi təşkilinin 
səviyyəsi. 20 Ənənəvi cəmiyyətin inkişafının hələ erkən mərhələlərində texnologiyalar və 
təşkilatçılıqda üstünlük bəzən hətta uzunmüddət davam edən hərbi ümstünlüyə çevrilirdi.
Roma legionları daha çoxsaylı olan düşməni məhz təşkilatçılıqları və intizamları hesabına məhv 
edirdi . Öz dövrü üçün böyük miqdarda dəmir və bunun nəticəsi olaraq silahlar və yaraq - əsləhə 
istehsal etmək imkanı bu və ya digər ərazilərin irəli çıxmasına səbəb ola bilərdi ( Orta əsrlərdə 
Burqundiya , XVI - XVII əsrlərdə İsveç ). Cangavər süvari dəstələrinin əhəmiyyəti odlu silahın üzə 
çıxmasına görə deyil , yaxşı təşkil olunmuş muzdluların fəaliyyəti hesabına azaldı. Cəngavərlərin 
hücumları intizamlı piyadaların dəqiq nizamının mizraqları önündə azilirdi. Yeni dövrün 
qovşağında dövlətin hərbi gücünü təşkil edən elementlərin qarşılıq asılılığı daha mürəkkəb və 
əlaqədar olur. XVI əsrdə Avropa demək olar ki, ispan qızğınlı ispan muzdlu piyadalarının 
qarşısında qorxudan tir - tir əsirdi. Muzdluların əməliyyatları isə Yeni Dünyadan daxil olan qiymətli 


metallar hesabına maliyyələşirdi. Coğrafi kəşflər və müstəmləkə imperiyalarının yaranması 
Avropada qüvvələr nisbətinə təsir etdi. XVII əsrdən başlayaraq, hərbi gücü təşkil edən 
elementilərin sayı artır və onların qarşılıqlı əlaqəsi mürəkkəbləşir. Cəmiyyətin inkişafının hər
bir pilləsinə özəl texnologiyalar, təşkilatçılıq səviyyəsi , demorafik inkişaf xüsusilikləri və s . xasdır: 
bu ilk növbədə cəmiyyətinin inkişafının sənayeyə qədərki, sənaye, sənayedən sonrakı 
mərhələsidir. Nəzərdən keçirdiyimiz beynəlxalq münasibətlər sistemləri əksərən birinci iki 
mərhələ ilə üst - üstə düşür; təbii ki, bütün bu proseslər müvafiq modellərin yarandığı
Avropaya aiddir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin