1. naqiLSİz rabiTƏ texnologiyalari haqqinda ümumi MƏlumat


Standartlaşdırma üzrə Beynəlxalq təşkilat olan İSO (İnternational Standards Organization)



Yüklə 242,5 Kb.
səhifə11/33
tarix10.01.2022
ölçüsü242,5 Kb.
#107787
1   ...   7   8   9   10   11   12   13   14   ...   33
Standartlaşdırma üzrə Beynəlxalq təşkilat olan İSO (İnternational Standards Organization) – könüllü (qeyri – kom­mer­siya) təşkilatıdır və texnikanın müxtəlif istiqamətləri üz­rə çoxlu sayda standartlar hazırlayır. Onun tərkibinə 90-a ya­xın nümayəndə, o cümlədən ANSİ, BSİ, AFNOR (Association Francaise de Normalisasion- Fransız standartlar təşkilatı), DİN (Deutsche İndustrie Normen – Alman sənaye standartları) da­xil­dir və 200-ə yaxın texniki komitədən (TC - Technical Com­mitte) ibarətdir. Hər bir TC nömrələnmişdir (TC1, TC2 və s.), altko­mitələrdən (SC - Subcommittee) ibarətdir və işçi qruplara (WG - Working Groops) ayrılmışdır. Standartların uyğunlaşdı­rıl­ması (birgələşdirilməsi) üçün İSO, İTO ilə əməkdaşlıq edir. İTU ilk olaraq, CCİTT (Consultative Committee on İnterna­tional Telegraph and Telephone) – Teleqrafiya və Telefoniya üz­rə Beynəlxalq Məsləhətləşmə Komitəsi kimi adlandırılırdı. Bu komitə Radiorabitə (İTU-R) və Telekommunikasiya (İTU-T) standartları sektorlarından ibarətdir. Burada katiblik və tədqiqatlar sektoru da vardır. ABŞ-da və Avropada standart­laş­dırma probleminə yanaşmalarda kifayət qədər fərqli möv­qelər mövcuddur. Avropa Telekommunikasiya Standartları İns­ti­tutu ETSİ (European Telecommunications Standards İnsti­tute) Avropa Birliyi ölkələrində satış üçün telekommu­nika­siya avadanlıqlarının mövcud standartlara cavab verməsi aktiv proqramının tərəfdarıdır. ABŞ-da isə yanaşma daha sərbəstdir və bazar münasibətlərinə arxalanır. Orada standart hazırlan­ma­sı ilə məşğul olan əsas qurum – Elektrotexnika və Elektronika üzrə Mühəndislər İnstitutu (İEEE - İnstitute of Electrical and Electronic Engineers) hesab olunur. Bu qurum dövlət müəssisəsi deyildir və peşəkar təşkilatdır.

Hal-hazırda telekommunikasiya sistemlərinin ən tanınmış etalon modelləri ARPANET əsasında yaradılmış olan beşsəviy­­yəli İnternet və açıq sistemlərin qarşılıqlı təsiri modeli - OSİ (Open Systems İnterconnection) hesab olunur. OSİ 1983-cü ildə İSO tərəfindən işlənib hazırlanmışdır. OSİ hazırlanarkən - ondan təxminən 10 il əvvəl ABŞ Müdafiə Nazirliyinin göstərişi ilə hazırlanmış olan ARPANET şəbəkəsinin istismarının təcrü-bəsindən istifadə edilmişdir və daha təkmil model sayılır. Qeyd edək ki, hazırda dünyada 130 milyondan çox kompüter vardır və onların 80% - dən çoxu ofislərdəki kiçik lokal şəbəkələrdən tutmuş, İnternet tipli qlobal şəbəkələrə qədər müxtəlif hesab-lama şəbəkələrində birləşdirilmişdir. Kompüterlərin birləşdi-rilməsindəki beynəlxalq ənənə bir sıra vacib səbəblərlə bağlıdır ki, bunlara informasiya məlumatlarının ötürülmə sürətinin artması, istifadəçilər arasında informasiya mübadiləsinin tez-ləşdirilməsi, iş yerindən aralanmadan məlumatların (faks, E-Mail məktublar və s.) alınması və ötürülməsi, dünyanın istə-nilən nöqtəsindən müəyyən informasiyanı ani olaraq ala bilmək imkanı, həmçinin müxtəlif proqram təminatı ilə işləyən müx-təlif firmaların kompüterləri arasında informasiya mübadiləsini aid etmək olar. Bütün lokal hesablama şəbəkələri də, kompüter şəbəkələri üçün qəbul olunmuş OSİ standartında işləyirlər.

Qarşılıqlı ünsiyyətdə olmaq üçün insanlar ümumi bir dil-dən istifadə edirlər. Əgər onlar bir-birilə birbaşa danışa bil-mirlərsə, onda məlumatı ötürmək üçün müvafiq yardımçı vasi-tələr tətbiq edirlər.

Verilənlərin ötürülməsi prosesini hərəkətə gətirmək üçün – verilənlərin eyni cür kodlanması olan və bir-birilə əlaqəli olan maşınlar istifadfə edirdilər. İnformasiyanın ötürüldüyü rabitə xətlərində verilənləri vahid formada təsvir etmək üçün nəzərdə tutulan OSİ modeli qarşılıqlı təsirin yeddi səviyyəsinə malikdir :




Yüklə 242,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin