1-ci səviyyə - fiziki səviyyə. Bu səviyyədə sistemdəki fiziki rabitə üçün elektriki, mexaniki, funksional və prosedur parametrləri təyin olunur. Fiziki rabitə və onunla sıx bağlı olan istismar hazırlığı 1-ci səviyyənin əsas funksiyası hesab olunur. Fiziki səviyyənin standartlarına V.24 MKKTT (CCİTT), EİA RS232 və X.21 tövsiyələri (təklifləri) aiddir. Gələcəkdə İSDN (İnteqrated Services Digital Network - Funksiyaların inteqrasiyasına malık olan rəqəm şəbəkələri) standartı, verilənlərin ötürülməsi funksiyası üçün həlledici rol oynayacaqdır. Verilənlərin ötürülməsi mühiti kimi – üçdamarlı mis məftil (ekrana malik hörülmüş cütlər), koaksial kabel, optik lifli keçirici və radiorele xətti istifadə edilir.