2-ci səviyyə - kanal (Data Link) səviyyəsi. Bu səviyyə şəbəkənin, əksər hallarda öz aralarında bir ümumi fiziki kanalla əlaqələndirilmiş olan qarışıq qovşaqları arasında kanal proto-koluna uyğun olaraq məlumatlar paketinin ötürülməsini təmin edir. Məsələn, əgər ev kompüteri, işdəki kompüterlə qarşılıqlı təsirdə olmaq üçün istifadə edilərsə, onda ola bilər ki, bu SLİP (Serial Line İnternet Protocol – informasiyanın ardıcıl ötürülməsi ilə “nöqtə-nöqtə” tipli birləşmə) və ya PPP (Point-to-Point Protocol – birbaşa birləşməli rabitə kanalı protokolu, təkmilləşdirilmiş SLIP) protokollarıdır. Bu protokollar, ev və ofis kompüteri modemləri arasında paketlərin daşınılmasını təmin edirlər. Nəqletmənin digər misalı kimi - bir Ethernet şəbəkəsinin kompüterləri arasında paketlər mübadiləsi göstərilə bilər. Şəbəkə bir neçə paketlərin çatdırılması zamanı bir sıra fiziki kanaldan təşkil olunduqda, vəziyyət xeyli mürəkkəbləşir. Məsələn, internet - şəbəkə zamanı öz aralarında ATM (Asynchronous Transfer Mode – informasiyanın ötürülməsinin asinxron rejimi) kanalı ilə birləşmiş olan İP-marşrutlaşdırıcıları qrupunu, bir neçə kanalın reallaşdırılması kimi hesab etmək olar, çünki ATM kanalı, ATM kommutatorlarını öz aralarında əlaqələndirən bir neçə fiziki kanaldan ibarət ola bilər ki, bunlar selin idarə olunması və marşrutlaşdırılması funksiyasını yerinə yetirirlər. Buna baxmayaraq, İP - internet protokolu səviyyəsi, bütün bu kanallar toplusuna sadə kanal kimi baxır. Bu zaman rabitə xəttinin əsas xarakteristikaları - blokun maksimal uzunluğu və ya paketin maksimal ölçüsü, bir paketə düşən səhvlər əmsalı və ötürülmə sürəti hesab olunur. Məsələn, Ethernet şəbəkəsinin blokunun maksimal uzunluğu 1500 bayt, SLİP-inki isə 512 bayt təşkil edir. Ötürmə sürəti ənənəvi olaraq 9600 bit/san – dən (aşağı sürətli modem), 622 Mbit/san-yə qədər (yüksəksürətli ATM) və qiqabitli Ethernet üçün 1 Qbit/san ola bilər.
Bu səviyyə, 1-ci səviyyənin ötürdüyü verilənlərdən kadr-lar ardıcıllığının “kadrlarını” formalaşdırır. Bu səviyyədə bir neçə EHM - in istifadə etdiyi ötürücü mühitə daxilolmanın idarə olunması prosesi, sinxronlaşdırma, səhvlərin aşkarlan-ması və düzəldilməsi həyata keçirilir.
Dostları ilə paylaş: |