3-cü səviyyə - şəbəkə səviyyəsi. Bu səviyyə şəbəkənin istənilən iki qovşağı arasında və ya müxtəlif birləşmiş lokal şəbəkələrə daxil olan qovşaqlar arasında paketlərin ötürülməsi marşrutunu müəyyənləşdirir; bu səviyyədəki idarəetmə - şəbəkə protokoluna əsasən həyata keçirilir. Məsələn, şəbəkə səviyyəsində İnternet İP - protokolu 64 kbayt ölçüsünə malik olan paketlərin, qovşaqların ünvanlaşmasının nəzarəti və paketlərin marşrutlandırılması ilə birbaşa ötürülməsini təmin edir. İnternet – şəbəkənin qovşaqları, məlumatların çatdırılmasına nəzarət üçün İCMP (İnternet Control Message Protocol - idarəedici məlumatların internet - protokolu) – protokolunu istifadə edir. Hər bir paket, göndərənin və alıcının tam ünvanına malik olur. Marşrutlaşdırıcılar, təyinat ünvanına əsaslanaraq, növbəti rabitə xəttini axtarmaq üçün öz cədvəllərini nəzərdən keçirirlər. Marşrutlaşdırmanın bu üsulu - deytaqramların marşrutlaşdırılması adlanır. Əgər İP - paket, rabitə xətti blokunun maksimal uzunluğundan çoxdursa, onda İP, paketləri hissələrə bölür və onları ardıcıl olaraq ötürür. Alıcının xostu (şəbəkənin, ya da onun müəyyən altşəbəkəsinin əsas kompüteri) alınmış hissələrdən paketi yığır. Marşrutlaşdırıcılar mümkün qədər az informasiya həcmi yadda saxlamalıdırlar, çünki imtina zamanı o, növbəti paketin ötürülməsinə təsir etməyərək (çünki hər paketdə alıcının ünvanı olur) itir.
Bu səviyyə hesablama şəbəkəsində iki abonent arasında rabitə yaradır. Birləşmə (qoşulma) prosesi, qeyd olunduğu kimi, paketdə şəbəkə ünvanının olmasını tələb edən marşrutlaşdırma funksiyaları hesabına baş verir. Şəbəkə səviyyəsi səhvlərin işlənilməsini, multipleksləməni, verilənlər axınının idarə olunmasını da təmin etməlidir. Bu səviyyəyə aid olan ən məşhur standart MKKTT-nin - paketlərin kommutasiyasına malik olan ümumi istifadəli şəbəkələr üçün - X.25 təklifidir.
Dostları ilə paylaş: |