1. naqiLSİz rabiTƏ texnologiyalari haqqinda ümumi MƏlumat



Yüklə 242,5 Kb.
səhifə16/33
tarix10.01.2022
ölçüsü242,5 Kb.
#107787
1   ...   12   13   14   15   16   17   18   19   ...   33
4-cü səviyyə - nəqliyyat səviyyəsi. Bu səviyyə kanalın se­çil­məsini, verilənlərin ötürülməsini və ötürülmə prosesi sona yet­­dikdən sonra, kanalın azad edilməsini təmin edir. Onun funk­siyasına, həmçinin ötürülmə zamanı səhvlərin izlənilməsi, hər bir paketin ötürülməsi müddətinə nəzarət edilməsi, nəqliy-yat protokoluna uyğun olaraq, paketlər toplusu içərisindən məlumatın bərpası da daxildir. Məsələn, İnternetdə nəqliyyat səviyyəli iki protokol istifadə edilir: TCP (Transmission Control Prottocol) – verilənlərin ötürülməsinin idarə olun-ma­sı protokolu və UDP (User Datagram Protocol) – istifa­də­çilər deytaqramı protokolu. UDP, paketləri göndərəndən – çat­dırılmanın doğruluğunu yoxlamaq şərtilə və zədələnmiş pake­tin ləğv edilməsi imkanı ilə alıcıya çatdırır. TCP - protokolu isə səhv­lərə nəzarəti və zədələnmiş paketlərin təkrarən gön­dəril­məsinə sorğunu həyata keçirir, həmçinin şəbəkədə çox­yük­lən­mələr aşkar edilərkən ötürülmə sürətini azaltmaq hüququ ilə paketlər selinin idarə edilməsini də həyata keçirir. Beləliklə, TCP-yə uyğun olaraq son (çıxış) sistemləri, səhvlərin yox­lanıl­ması və selin idarə olunması kimi vacib məsələləri yerinə yetirir. Belə seçim, şəbəkənin sadələşdirilməsi və etibar­lılı­ğı­nın artırılması prinsiplərinə cavab verir. Şəbəkəyə yeni son (çıxış) sistemləri qoşularkən, onun daxili elementləri əlavə birləşmələrə xidmət göstərəcəklər. Bu səviyyə bir-birilə qar­şılıq­lı təsirdə olan istifadəçi prosesləri arasında verilənlərin fa­silə­siz olaraq ötürülməsini təmin edir. Nəqletmənin keyfiyyəti, ötu­rulmə prosesinin səhvsizliyi, hesablama şəbəkələrinin sər­bəst­liyi (yəni asılı olmaması), sondan – sona nəqletmənin ser­vi­si, sərfiyyatın minimallaşdırılması və rabitənin ün­van­laşdı­rıl­ması, verilənlərin səhvsiz olaraq fasiləsiz ötürülməsinə zə­ma­nət verir.


Yüklə 242,5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin