Azərbaycanda ilk mobil şəbəkə 1994-cü ildə “Bakcell” şirkəti tərəfindən analoq tipli ETACS standartı əsasında qurulmuşdur. “Bakcell” şirkəti 1994-cü ildə Azərbaycan Respublikasının Rabitə Nazirliyi ilə birgə müəssisə kimi təsis edilib və Respublikamızda ilk şanvari rabitə şirkəti olmuşdur. 1998-ci ildən GSM texnologiyası əsasında xidmət göstərir. 2004-cü ildən tam özəl şirkət kimi fəaliyyətdədir və 125-dən çox ölkə ilə rouminq əlaqəsi yarada bilmişdir.
“Azərcell Telecom” BM 1996-cı ildə təsis edilmişdir və GSM standartında lisenziya alaraq fəaliyyətə başlamışdır. Şirkətin ilk təsisçisi Türkiyənin “Türkcell İletişim Hizmetleri A.Ş.” şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olmuşdur (www.mincom.gov.az).
1998-ci ildən SimSim- öncədən ödəmə sistemi tətbiq edilməyə başlandı. Bu cür sistemə çox zaman Prepaid Card sistemi- yəni haqqı əvvəlcədən ödənilmiş kart sistemi də deyilir. 2009-cu ildə “Azercell”abonentlərinin sayı 3.700000 nəfərdən çox olmuşdur. 2005-ci ildə operator - “Azerfon” şirkəti GSM, “Catel” şirkəti isə CDMA standartında mobil rabitə xidməti göstərmək üçün lisenziya aldılar. “Azerfon” şirkəti 2005-ci ilin dekabrında GSM 1900 standartında fəaliyyət üçün lisenziya alıb, burada 10 % pay “Aztelekom” dövlət müəssisəsinə, 30% “SİEMENS” şirkətinə və digər 60% Böyük Britaniyada yerləşən iki şirkətə məxsusdur. 2007-ci ildə rəsmən “Nar Mobile” brendi əsasında fəaliyyətə başladığı elan olunmuşdur.
Dostları ilə paylaş: |