SMTP (Simple Mail Transfer Protocol) – poçtun ötürülməsi protokolu; xostlar arasında elektron məlumatların ötürülməsi üçün istifadə olunur. SMTP istifadəçidən məlumatı ünvan sahiblərinin siyahısı ilə birlikdə alır. Bundan sonra hər bir ünvan sahibinə, bir xostda bir neçə istifadəçi olan hal istisna olmaqla, surəti göndərilir. Bir xostda bir neçə istifadəçi olan halda isə məlumat bir dəfə, lakin bu xostdakı alıcıların siyahısı ilə birlikdə göndərilir. Əgər məlumatın çatdırılması həyata keçirilməzsə, onda SMTP onu bir neçə təkrar cəhdlə çatdırmağa çalışır, alınmadıqda isə istifadəçiyə bu barədə xəbər bildirir;
TELNET – virtual terminal protokoludur; istifadəçilərə terminalın birbaşa uzaqlaşdırılmış xostla birləşməsini təqlid (imitasiya) etməyə imkan verir. Bu funksiyanı həyata keçir-mək üçün, şəbəkədəki işarələrin kodlama standartını təyin etmək lazımdır. TELNET - də belə standart kimi ASCİİ (American Standard Code for İnformation İnterchange) – informasiya mübadiləsi üçün Amerika standart kodu istifadə olunur. Bu kodun tərkibində adi əlifba – rəqəm işarələri və idarəedici kodlar yığımı olur. Bu standart virtual terminala uyğun gəlir ki, onunla istənilən xost qarşılıqlı təsirdə ola bilər. Belə qarşılıqlı təsirə o zaman ehtiyac duyulur ki, şəbəkə standartına uyğun olaraq mövcud olan terminalla göndərilən işarələri çevirmək lazım gəlsin. Ötürülmə, TCP protokolundan istifadə etməklə həyata keçirilir. Ötürülən verilənlərlə eyni vaxtda xüsusi komandalar da göndərilə bilər, məsələn, faylların uzaqlaşdırılmış surətinin çıxarılması (rcp – remote copy), sistemə uzaqlaşdırılmış giriş (riogin – remote log in) və s.