1.5.3. Koda görə ayrılma ilə çoxsaylı daxilolma Koda görə ayrılma ilə çoxsaylı daxilolma (ingiliscə: CDMA – Code Division Multiple Access) – burada istifadəçilərin böyük bir qrupu (30 - dan 50 - yə qədər) eyni vaxtda ümumi olan, nisbətən geniş tezlik zolağını (>1MHs) istifadə edirlər (Şəkil 1.5).
Şəkil 1.5. Zaman - tezlik koordinatlarında CDMA metodunun təsviri Bu metod kifayət qədər mürəkkəbdir. TDMA kimi, CDMA metodu da yalnız siqnalların rəqəm formasında həyata keçirilə bilir. CDMA metodunun əsas xüsusiyyəti – nitq (danışıq) zolağından xeyli çox olan geniş tezlik zolağında işlənilməsi hesab olunur. Burada hər fiziki kanalın informasiyasının elə kodlanılması istifadə olunur ki, həmin kodlama onu eyni vaxtda bütün fiziki kanallarda istifadə olunan ümumi geniş zolaqdan ayırmağa imkan verir. CDMA – ya malik rabitə sistemi