Şəkil 1.1. Naqilsiz rabitənin növləri və inkişafı mərhələləri
Həmin ildə Avropada Universal mobil telekommunikasiya sistemi (UMTS) işlənib hazırlandı. Bu sistem Beynəlxalq Tele-kommunikasiya İttifaqına (İTU) təqdim olundu və İMT-2000 (Beynəlxalq mobil telekommunikasiyaları) sistemini yaratmaq üçün əsas kimi məsləhət bilindi. UMTS sistemi, GSM standartı şəbəkələrini CDMA-nın daha effektiv həlləri ilə birləşdirdi. İMT-2000-nin təkliflərində gələcəyin Ümumdünya mobil kommunikasiyalarının vahid strukturu təyin edilir (İTU, 1998). Bu standart 2 QHs tezliyini istifadə edir və şəbəkələrin baza xidmətlərini və arxitekturasını əhatə edir (peyk kommunikasiyaları da daxil olmaqla).
Yuxarıda qeyd olunan bəzi şəbəkələrin yekun xülasəsi şəkil 1.1-də verilmişdir. Bu diaqram Avropadakı şanvari və naqilsiz telefon sistemlərinin, həmiçinin peyk kommunikasiya-larının və LNŞ - nin inkişafını göstərir. Hal-hazırda İMT-2000 standtına müvafiq olaraq, bəzi texnologiyaların lokal naqilsiz kommunikasiyalarının vahid bir Mobil genişzolaqlı sistemə (MBS) birləşdirilməsi ənənəsi müşahidə olunmaqdadır. MBS sistemi daha geniş tezlik zolağında işləyir və xidmətin daha yüksək keyfiyyətini təmin etməyə imkan verir.
Dostları ilə paylaş: |