1. naqiLSİz rabiTƏ texnologiyalari haqqinda ümumi MƏlumat



Yüklə 242,5 Kb.
səhifə12/33
tarix10.01.2022
ölçüsü242,5 Kb.
#107787
1   ...   8   9   10   11   12   13   14   15   ...   33
1-ci səviyyə: fiziki səviyyə adlandırılır – informasiya ötürül-məsinin bit protokollarıdır;

2-ci səviyyə: kanal səviyyəsi – kadrların formalaşdırılması, mühitə daxilolmanın idarə olunması;

3-cü səviyyə: şəbəkə səviyyəsi – marşrutlaşdırma, verilənlər axınının idarə olunması;

4-cü səviyyə: nəqliyyat səviyyəsi – bir-birindən uzaqda yerlə-şən proseslərin qarşılıqlı təsirinin təmini;

5-ci səviyyə: seans səviyyəsi - bir-birindən uzaqda yerləşən proseslər arasında dialoqun təmini;

6-cı səviyyə: - verilənlərin təqdimatı səviyyəsi – ötürülən verilənlərin aydınlaşdırılması (intrpretasiyası);

7-ci səviyyə: - tətbiqi səviyyə - verilənlərin istifadəçilər tərəfindən idarə olunması.

Bu modelin əsas ideyası ondan ibarətdir ki, hər bir səviy­yə­yə, o cümlədən, nəqliyyat mühitində də konkret rol ayrılır. Bu­nun sayəsində verilənlərin ötürülməsinin ümumi məsələsi - ayrı-ayrı asan şərh oluna bilən məsələlərə ayrılır. Bir səviy­yə­nin özündən yuxarıdakı və yaxud da aşağıda yerləşən səviyyə ilə rabitəsi üçün lazım gələn razılaşdırmalar əvvəldə qeyd olun­duğu kimi, protokol adlandırılır.



Baza modelinin ayrı-ayrı səviyyələri verilənlər mənbə­yin­dən aşağıya istsqamətdə (7-ci səviyyədən 1-ciyə) və verilənlər qə­bul­edicisindən yuxarıya tərəf istsqamətdə (1-ci səviyyədən 7-ciyə) keçirlər. İstifadəçi verilənləri, aşağıda yerləşən səviy-yə­yə, səviyyə üçün spesifik olan başlıqla (sərlövhə ilə) o vaxta qədər ötürülür ki, sonuncu səviyyəyə çatmaq mümkün olsun. Qəbul tərəfdə daxil olmuş verilənlər analiz edilir və lazım gə­lər­sə, yuxarıda yerləşən səviyyəyə o vaxta qədər ötürülür ki, in­formasiya istifadəçilərin tətbiqi səviyyəsinə çatmış olsun. Hər bir səviyyə üçün xarakterik xüsusiyyətlər mövcuddur:


Yüklə 242,5 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin