1. naqiLSİz rabiTƏ texnologiyalari haqqinda ümumi MƏlumat



Yüklə 242,5 Kb.
səhifə15/33
tarix10.01.2022
ölçüsü242,5 Kb.
#107787
1   ...   11   12   13   14   15   16   17   18   ...   33
3-cü səviyyə - şəbəkə səviyyəsi. Bu səviyyə şəbəkənin is­tənilən iki qovşağı arasında və ya müxtəlif birləşmiş lokal şə­bə­­kələrə daxil olan qovşaqlar arasında paketlərin ötürülməsi mar­­şrutunu müəyyənləşdirir; bu səviyyədəki idarəetmə - şə­bə­kə protokoluna əsasən həyata keçirilir. Məsələn, şəbəkə sə­viy­yəsində İnternet İP - protokolu 64 kbayt ölçüsünə malik olan paketlərin, qovşaqların ünvanlaşmasının nəzarəti və paket­lərin marşrutlandırılması ilə birbaşa ötürülməsini təmin edir. İn­ternet – şəbəkənin qovşaqları, məlumatların çatdırılmasına nəzarət üçün İCMP (İnternet Control Message Protocol - idarə­edici məlumatların internet - protokolu) – protokolunu isti­fadə edir. Hər bir paket, göndərənin və alıcının tam ünvanına malik olur. Marşrutlaşdırıcılar, təyinat ünvanına əsaslanaraq, növ­bəti rabitə xəttini axtarmaq üçün öz cədvəllərini nəzərdən ke­çi­rirlər. Marşrutlaşdırmanın bu üsulu - deytaqramların marşrutlaşdırıl­ma­sı adlanır. Əgər İP - paket, rabitə xətti bloku­nun maksimal uzunluğundan çoxdursa, onda İP, paketləri his­sə­lərə bölür və onları ardıcıl olaraq ötürür. Alıcının xostu (şə­bə­kə­nin, ya da onun müəyyən altşəbəkəsinin əsas kom­püteri) alınmış hissələrdən paketi yığır. Marşrutlaşdırıcılar mümkün qə­dər az informasiya həcmi yadda saxlamalıdırlar, çünki imtina za­manı o, növbəti paketin ötürülməsinə təsir etməyərək (çünki hər paketdə alıcının ünvanı olur) itir.

Bu səviyyə hesablama şəbəkəsində iki abonent arasında ra­bitə yaradır. Birləşmə (qoşulma) prosesi, qeyd olunduğu ki­mi, paketdə şəbəkə ünvanının olmasını tələb edən marşrutlaş­dırma funksiyaları hesabına baş verir. Şəbəkə səviyyəsi səhv­lərin işlənilməsini, multipleksləməni, verilənlər axınının idarə olun­masını da təmin etməlidir. Bu səviyyəyə aid olan ən məş­hur standart MKKTT-nin - paketlərin kommutasiyasına malik olan ümumi istifadəli şəbəkələr üçün - X.25 təklifidir.




Yüklə 242,5 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin