5-ci səviyyə - seans (Session) səviyyəsi. Bu səviyyə təqdimat səviyyəsində müxtəlif xidmətlər tərəfindən formalaşdırılan verilənlər selini – bir neçə əsas selə - rabitə seanslarına ayırır və bunlar sistem vasitəsilə göndərilir və bir-birilə əlaqədə olan tətbiqi proseslər cütünün qarşılıqlı təsirini idarə edir. Seanslar qısa və uzun ola bilər – bir və ya bir neçə qarşılıqlı təsiri daxil edə bilər. Təqdimat səviyyəsinə təklif olunan xidmətlər sırasına seansın təşkili/sona yetirilməsi, identifikasiya/qeydolunma, verilənlər ötürülməsinin sinxronlaşdırılması və müstəsna hallar barədə məlumat aid edilə bilər. Bu səviyyə bir rabitə seansının qəbulunu, ötürülməsini və verilməsini koordinasiya edir. Koordinasiya üçün işçi parametrlərinə nəzarət, aralıq toplayıcıların (yığıcıların) verilənlər axınının idarə olunması və dialoq nəzarəti lazımdır. Bunlardan başqa, seans səviyyəsi - parolların idarə olunması, şəbəkə ehtiyatlarından istifadə üçün ödəmələrin hesabatı, dialoqun, sinxronlaşmanın idarə olunması və aşağı səviyyələrdəki səhvlər nəticəsində veriliş seansında kəsilmələr zamanı rabitənin ləğv edilməsi kimi əlavə funksiyalara da malikdir.