Beynəlxalq səviyyədə informasiya işarələrin ötürülməsi 7-bitli kodlamanın köməyilə həyata keçirilir, bu üsul ingilis əlifbasının bütün böyük və kiçik hərflərini, həmçinin bəzi xüsusi işarələri kodlamağa imkan verir.
Milli və xüsusi işarələri 7-bitli kodla təsvir etmək olmaz. Milli işarələri təsvir etmək üçün 8-bitli koddan istifadə edilir. Verilənlərin düzgün, tam və səhvsiz olaraq ötürülməsi üçün, razılaşdırılmış və müəyyən edilmiş qaydalara riayət olunmalıdır. Bütün bunlar, verilənlərin ötürülməsi protokolunda qeyd edilmişdir. Verilənlərin ötürülməsi protokolu aşağıdakı informasiyanı tələb edir: