1. naqiLSİz rabiTƏ texnologiyalari haqqinda ümumi MƏlumat


SMTP (Simple Mail Transfer Protocol)



Yüklə 242,5 Kb.
səhifə25/33
tarix10.01.2022
ölçüsü242,5 Kb.
#107787
1   ...   21   22   23   24   25   26   27   28   ...   33
SMTP (Simple Mail Transfer Protocol) – poçtun ötürül­məsi protokolu; xostlar arasında elektron məlumatların ötü­rül­­məsi üçün istifadə olunur. SMTP istifadəçidən məlumatı ünvan sahiblərinin siyahısı ilə birlikdə alır. Bundan sonra hər bir ünvan sahibinə, bir xostda bir neçə istifadəçi olan hal istis­na olmaqla, surəti göndərilir. Bir xostda bir neçə isti­fadəçi olan halda isə məlumat bir dəfə, lakin bu xostdakı alıcı­ların siyahısı ilə birlikdə göndərilir. Əgər məlumatın çat­dırılması həyata keçirilməzsə, onda SMTP onu bir neçə təkrar cəhdlə çatdırmağa çalışır, alınmadıqda isə istifadə­çi­yə bu barədə xəbər bildirir;

  • TELNET – virtual terminal protokoludur; istifadəçilərə ter­minalın birbaşa uzaqlaşdırılmış xostla birləşməsini təqlid (imitasiya) etməyə imkan verir. Bu funksiyanı həyata keçir-mək üçün, şəbəkədəki işarələrin kodlama standartını təyin etmək lazımdır. TELNET - də belə standart kimi ASCİİ (Ame­rican Standard Code for İnformation İnterchange) – informasiya mübadiləsi üçün Amerika standart kodu istifadə olunur. Bu kodun tərkibində adi əlifba – rəqəm işarələri və idarəedici kodlar yığımı olur. Bu standart virtual terminala uy­ğun gəlir ki, onunla istənilən xost qarşılıqlı təsirdə ola bilər. Belə qarşılıqlı təsirə o zaman ehtiyac duyulur ki, şəbəkə standartına uyğun olaraq mövcud olan terminalla göndərilən işarələri çevirmək lazım gəlsin. Ötürülmə, TCP protokolundan istifadə etməklə həyata keçirilir. Ötürülən verilənlərlə eyni vaxtda xüsusi komandalar da göndərilə bilər, məsələn, faylların uzaqlaşdırılmış surətinin çıxarılması (rcp – remote copy), sistemə uzaqlaşdırılmış giriş (riogin – remote log in) və s.


  • Yüklə 242,5 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   21   22   23   24   25   26   27   28   ...   33




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin