1. naqiLSİz rabiTƏ texnologiyalari haqqinda ümumi MƏlumat


Naqilsiz rabitə texnologiyalarında fiziki mühitə daxilolma üsulları



Yüklə 242,5 Kb.
səhifə28/33
tarix10.01.2022
ölçüsü242,5 Kb.
#107787
1   ...   25   26   27   28   29   30   31   32   33
1.5. Naqilsiz rabitə texnologiyalarında fiziki mühitə daxilolma üsulları

Fiziki mühitə daxilolma (çoxsaylı daxilolma - ÇD) üsul­la­rı anlayışı (ing.- “Multiple Access”) spektrin məhdud hissə­sinin çoxlu sayda istifadəçilər tərəfindən birgə istifadəsinin təş­kili ilə bağlıdır. Ortodoksal (bir məsləkin ardıcıl və sabit tətrəf­da­rı olmaq) yanaşmalarda çoxsaylı daxilolmanın 5 müxtəlif va­riantı fərqləndirilir:

- rabitə kanallarının tezlik ayrılması ilə ÇD;

- rabitə kanallarının zaman ayrılması ilə ÇD;

- rabitə kanallarının kod ayrılmaası ilə ÇD;

- rabitə kanallarının fəza ayrılmaası ilə ÇD;

- rabitə kanallarının polyarizasiya ayrılması ilə ÇD.

Şanvari rabitə üçün bunlardan ilk üç variant xüsusi maraq doğurur. Dördüncü metod, faktiki olaraq tezliyin təkrar istifadə olun­ması prinsipinin həyata keçirilməsində, xüsusən istiqa­mətlənmiş antenalardan istifadə etməklə manqaların sektorlara bö­lün­məsində istifadə olunur. Sonuncu variantın praktiki tət­biqi haqda məlumat azdır. Qeyd edək ki, rabitə nəzəriyyəsində ÇD - dedikdə, bir neçə MS-in bir ədəd verici-qəbuledici BS-ə qoşulması və ya peyk retranslyatoruna müraciət etməsi başa düşülür. Bu zaman MS-lər oradan informasiya ala, həm də ötü­rə bilərlər. Rabitə kanalının tutumu dedikdə, müxtəlif kanal­la­rın sayı (radiorabitə, telefon, TV, rəqəm verilişi ötürülməsi və s.), yaxud da rəqəm sistemləri üçün saniyədəki bitlərin sayı başa düşülür.




Yüklə 242,5 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin