1. naqiLSİz rabiTƏ texnologiyalari haqqinda ümumi MƏlumat


Şəkil 1.1. Naqilsiz rabitənin növləri və inkişafı mərhələləri



Yüklə 242,5 Kb.
səhifə9/33
tarix10.01.2022
ölçüsü242,5 Kb.
#107787
1   ...   5   6   7   8   9   10   11   12   ...   33
Şəkil 1.1. Naqilsiz rabitənin növləri və inkişafı mərhələləri

Həmin ildə Avropada Universal mobil telekommunikasiya sis­te­mi (UMTS) işlənib hazırlandı. Bu sistem Beynəlxalq Tele-kommunikasiya İttifaqına (İTU) təqdim olundu və İMT-2000 (Beynəlxalq mobil telekommunikasiyaları) sistemini yaratmaq üçün əsas kimi məsləhət bilindi. UMTS sistemi, GSM standartı şəbəkələrini CDMA-nın daha effektiv həlləri ilə birləşdirdi. İMT-2000-nin təkliflərində gələcəyin Ümumdünya mobil kom­mu­ni­kasiyalarının vahid strukturu təyin edilir (İTU, 1998). Bu stan­dart 2 QHs tezliyini istifadə edir və şəbəkələrin baza xid­mətlərini və arxitekturasını əhatə edir (peyk kommunikasi­yaları da daxil olmaqla).

Yuxarıda qeyd olunan bəzi şəbəkələrin yekun xülasəsi şəkil 1.1-də verilmişdir. Bu diaqram Avropadakı şanvari və na­qilsiz telefon sistemlərinin, həmiçinin peyk kommunikasiya-larının və LNŞ - nin inkişafını göstərir. Hal-hazırda İMT-2000 standtına müvafiq olaraq, bəzi texnologiyaların lokal naqilsiz kom­munikasiyalarının vahid bir Mobil genişzolaqlı sistemə (MBS) birləşdirilməsi ənənəsi müşahidə olunmaqdadır. MBS sistemi daha geniş tezlik zolağında işləyir və xidmətin daha yüksək keyfiyyətini təmin etməyə imkan verir.


Yüklə 242,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin