Qarışıq yükgöndərmələrdə iki nəqliyyat növündən, məsələn, dəmir yolu - avtomobil, çay nəqliyyatı – avtomobil; dəniz – avtomobil və s. – dən istifadə etməklə həyata keçirilir. Bu zaman yüklər birinci göstərilən nəqliyyat növü ilə yük terminallarına və ya məntəqələrinə çatdırılır və saxlanılmadan (bəzi hallarda qısa müddətli saxlanılmaqla) növbəti - digər nəqliyyat növünə yüklənir. Qarışıq yük göndərmələrə tipik nümunə kimi avtomobil nəqliyyatı firmaları tərəfindən dəmir yolu stansiyalarına (məntəqələrinə) və ya dəniz (çay) limanlarının nəqliyyat şəbəkələrində göstərilən xidmətləri aid etmək olar.
Bir neçə nəqliyyat sənədlərinin varlığı, vahid tarif fraxta dərəcələrinin olmaması, yaranma mənbələrindən son təyinat məntəqəsinə qədər nəqletmə prosesində iştirak edən tərəflər üçün qarşılıqlı, ardıcıl fəaliyyət sxeminin varlığı qarışıq yükdaşımalardan istifadəni şərtləndirən faktorlardır. Bu tip yükdaşımalar zamanı yük sahibləri ilk yükdaşıyanlarla həm öz adından və həm də digər - növbəti nəqliyyat növü ilə yük daşıyanın adından müqavilə bağlayır. Mahiyyət etibarı ilə yük sahibi hər iki nəqliyyat növündən istifadə edən tərəflərlə müqavilə münasibətlərinə girir və hər iki tərəf cari hesablaşmalarını məhz yük sahibləri ilə aparır və yüklərin onlara aid edilən sahələrdə kəmiyyət və keyfiyyətcə qorunmasına görə maddi məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |