Nəqliyyat vasitələri üçün məhz belə parametrlərə:
- texniki və istismar sürəti;
- nəqliyyat vasitələrinin qabarit ölçüləri;
- oxlara düşən ümumi yükün kütləsi;
- mühərrikin gücü;
- yükgötürmə qabiliyyəti;
- vaqon, qoşqu, yarımqoşqu və yedəklərin qabarit ölçüləri.
Yük terminalları üçün isə:
- faydalı anbar sahəsi;
- dövriyyələrin sayı;
- yükləmə-boşaltma və anbar avadanlıqlarının məhsuldarlığı aid edilir.
Yükdaşımalar zamanı logistik sistemdə xüsusi yeri nəqliyyat kompleksində çevikliyinə və manevrliyinə görə avtomobil nəqliyyatı tutur. Avtomobil nəqliyyatından istifadə etmədən məhsul istehsalçılarının təchizat və satış sistemində müasir logistik texnologiyaları (məsələn, “qapıdan qapıya”) reallaşdırmaq qeyri-mümkündür.
Dostları ilə paylaş: |