Müxtəlif nəqliyyat vasitələri və müxtəlif nəqletmə sxemləri (marşrutları) ilə idxal-ixrac məhsullarının beynəlxalq daşımaları isə əlavə olaraq aşağıdakı normativ sənədlərlə:
1. Azərbaycan Respublikasının «Gömrük məcəlləsi».
2. «Gömrük tarifləri haqqında» Azərbaycan Respublikasının qanunu.
3. Beynəlxalq yük konvensiyası (KOTİF).
4. Yüklərin beynəlxalq yollarda daşınması müqaviləsi haqqında BMT-nin AİK-nın 1956-cı il konvensiyası.
5. Təhlükəli yüklərin beynəlxalq daşınması haqqında Avropa razılaşması (1961 və 1968 – ci illər).
6. Beynəlxalq yol daşımaları (BYD ) kitabçasının tətbiqi ilə beynəlxalq yükdaşımalar haqqında gömrük konvensiyası (BYD – nin 1975 – ci il 14 noyabr konvensiyası).
7. Dəmir yolu nəqliyyatının beynəlxalq tranzit tarifləri (BTT).
8. Beynəlxalq dəmir yolu yükdaşımaları haqqında razılaşma.
9. Yüklərin dəniz nəqliyyatı ilə daşınması haqqında BMT - nin konvensiyası (Hamburq qaydası).
10. Yüklərin beynəlxalq multimodal daşınması haqqında BMT-nin konvensiyası (Cenevrə, 1980-ci il ).
11. Beynəlxalq ticarətdə nəqliyyat terminalları operatorlarının öhdəlikləri üzrə BMT-nin konvensiyası (Vena, 1991-ci il).
Beynəlxalq yükdaşımalar haqqında gömrük konvensiyası və s. beynəlxalq razılaşmalarla tənzimlənir.
Hal-hazırda Azərbaycan Respublikasında nəqliyyat kompleksinin tənzimlənməsi üçün normativ–hüquqi bazanın vəziyyəti bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrlə müqayisədə bazar münasibətlərinin tələblərindən çox geri qalır və respublikanın dünya iqtisadi məkanına inteqrasiya olunması yolunda maneələr yaradır. Bu respublikada logistika üzrə normativ-hüquqi bazanın olmaması ilə bir daha dərinləşir. Mövcud vəziyyətin aradan qaldırılması və bu sahədə irəliləyişlərə nail olmaq üçün Respublika Nəqliyyatı Nazirliyinin aparıcı mütəxəssisləri ilə birlikdə Milli Məclisin müvafiq komissiyaları nəqliyyat kompleksinin müasir tələblərə cavab verə bilən qanunvericilik layihələri üzərində konkret iş aparırlar.
Ümumiyyətlə, nəqletmənin təşkili əsasən aşağıdakıları:
- məhsulların alqı-satqısı üzrə kontraktların (müqavilələrin) nəqliyyat üzrə şərtlərini;
- məhsulgöndərmələrin bazis şərtlərini;
- yüklərin daşınması haqqında müqavilələr və daşıma sənədlərini;
- nəqletmə prosesinin sığortalaşdırılmasını;
- nəqletmənin gömrük tənzimlənməsini;
- nəqletmə prosesinin iştirakçıları arasında qarşılıqlı münasibətlərin təşkilini;
- nəqletmə prosesi zamanı tərəflər və ya iştirakçılar arasında yaranan mübahisələrin həllini;
- qablaşdırmanın standartlaşdırılması, yüklərin markalaşdırılması;
- yüklərin konteynerlərlə daşınması şərtlərini və s. nəzərdə tutur.
Məhsulların alqı-satqı müqavilələrində (əvvəlki fəsillərdə alqı-satqı müqavilələri şərh edilmişdir) yüklərin nəql edilməsi - daşınmasını nəzərdə tutan xüsusi bölmə vardır. Beynəlxalq yükdaşımalar (idxal-ixrac ticarət əməliyyatları) zamanı müqavilələrdə: yüklərin daşınması qaydası, yükləmə-boşaltma şərtləri və müddəti, ödəmələrin aparılması forması və qaydaları tərəflərlə razılaşdırılır.
Qeyd olunan şərtlərin mahiyyəti hər şeydən əvvəl nəqliyyatın növündən, daşımaların həyata keçirilməsi üsullarından, yüklərin növündən, müqavilələrin tipindən, məhsulgöndərmənin bazis şərtlərindən, habelə aşağıdakıları özündə birləşdirən bir sıra faktorlardan:
Dostları ilə paylaş: |