Dəmir yolu nəqliyyatında mövcud yük tarifləri növünə, göndərmənin mənşəyinə və quruluş formasına görə təsnif olunurlar:
Növünə görə tariflər: ümumi, fərdi, güzəştli və yerli tariflərə bölünür.
Ümumi tariflər fərdi, güzəştli və yerli tariflər istisna olmaqla dəmir yolu şəbəkələrində daşınan bütün yüklər üçün tətbiq edilir və əsas tarif adlanır.
Fərdi tariflərdən bir və ya bir neçə logistik yük vahidlərinin konkret məsafəyə və ya müəyyən məntəqələrarası istiqamətdə, habelə müəyyən zaman kəsiyində daşınması zamanı istifadə edilir. Bu tariflər azaldılmış (həvəsləndirici) və yüksəldilmiş (qadağanedici) ola bilər.
Fərdi tariflər faiz formasında əlavə və güzəştlərə malik olur. Fərdi tariflərdən istifadə edilməsinin əsas məqsədi istehsalçıların yerli xammal, material və yanacaqdan istifadə görə həvəsləndirilməsi, qarışıq nəqliyyat vasitələrindən istifadə etməklə məhsulgöndərmələrin genişləndirilməsi, uzaq məsafələrə və qısa yürüşlü (avtomobil nəqliyyatı üçün əlverişlidir) məhsulgöndərmələrin məhdudlaşdırılmasından ibarətdir.
Dostları ilə paylaş: |