1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


Göndərmələrin mənşəyinə görə yük tarifləri



Yüklə 340,18 Kb.
səhifə43/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   39   40   41   42   43   44   45   46   ...   121
n.Menecment mühazirə

Göndərmələrin mənşəyinə görə yük tarifləri: 

- vaqon (bütün vaqonla daşınan yüklərə qoyulur);

- az və kiçik tonnajlı yüklərin göndərilməsi tarifləri (faktiki göndərilən kütləyə görə hesablanır);

- konteyner (müxtəlif təyinatlı konteynerlərlə göndərilən yüklərə tətbiq edilir);

- tonnajlı (sisternalara və bunkerlərə doldurulan yüklər üçün istifadə olunur) tariflərə bölünür.

Bu göndərmələr üçün daşıma haqları daşıma sənədlərində-qaimələrdə göstərilən yüklərin həqiqi kütləsinə görə tutulur.



Quruluş formasına görə yük tarifləri cədvəl və sxem tariflərinə ayrılır. Cədvəl tarifləri cədvəl məlumatları əsasında bir vaqona, bir ton yükə və ya bir konteynerə görə yüklərin mövcud stansiyalar arasında nəql edilməsi üçün istifadə olunan daşıma haqlarıdır. Sxem tariflərində (differensiallaşdırılmış) yüklərin daşınması üçün tətbiq edilən haqlar daşıma məsafəsindən asılı olaraq müəyyənləşdirilir. Bu haqlar ikidərəcəli və çoxdərəcəli olur. Eyni zamanda sxem tarifləri bütün daşıma məsafəsi üçün ton - kilometr və ya vaqon - kilometr kimi vahid bir dərəcəli - diferensiallaşdırılmamış formaya malikdir. Yük tariflərinin sxem formasından praktikada geniş istifadə olunur.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin