Avtomobil nəqliyyatının yük tarifləri.
Avtomobil nəqliyyatı tariflərinə aşağıdakı faktorlar təsir göstərir:
- daşıma məsafəsi;
- yükün kütləsi;
- avtomobilin yükgötürmə qabiliyyətindən istifadə olunması imkanlarını xarakterizə edən yükün həcmcə tutumu;
- avtomobilin yükgötürmə qabiliyyəti;
- ümumi yürüş;
- avtomobildən istifadə müddəti;
- avtomobilin tipi;
- yükün daşındığı rayon (ərazi) və s.
Avtomobil nəqliyyatı ilə yüklərin daşınması tariflərindən hər biri sadalanan bu faktorların hamısını deyil, yalnız konkret daşımaların həyata keçirilməsi üçün bu və ya digər dərəcədə əhəmiyyətli olanları nəzərə alır. Məsələn, işəmuzd tariflər üzrə daşımaların dəyərini hesablamaq üçün ilk növbədə daşıma məsafəsinə, yükün kütləsinə və avtomobilin yükgötürmə qabiliyyətindən istifadə dərəcəsini xarakterizə edən siniflərə diqqət yönəldilir.
Daxili çay nəqliyyatlarında tariflərin səviyyəsi hər şeydən əvvəl göndərilən yük partiyalarının həcmi, daşıma prosesində iştirak edən vasitələrdən rasional istifadə olunması, əlaqələrin növü və intensivlik dərəcəsi, seçilən marşrutlar, məntəqələr arasında dəmir yolu əlaqələrinin mövcudluğu kimi faktorlardan asılıdır.
Daxili çay nəqliyyatı tarifləri daxili formasına görə: differensial və yekcins olur.
Dostları ilə paylaş: |